Accessibility links

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, güneyli fəallar 1946-cı ildə Azərbaycan Milli Hökümətini devirən İran Ordusu tərəfindən türkcə kitabların yandırılmasının 67-ci ildönümünü qeyd edib. Bu münasibətlə yüzlərlə türkcə kitabın əhali arasında paylaşdırıldığı ilə bağlı xəbərlər yayılıb.

Oyan News saytının yazdığına görə, milli fəallar Şərqi Azərbaycanın Əhər şəhərində türk dilində yazılmış şeir və hekayə toplularından ibarət təxminən 200 kitab əhali arasında paylanıb.

Seyid Cəfər Pişəvəri Mili Hökumətin kabinet iclasına sədrlik edir, 1945.

Seyid Cəfər Pişəvəri Mili Hökumətin kabinet iclasına sədrlik edir, 1945.

1946-cı ilin dekabrında Seyyid Cəfər Pişəvərinin öndərliyi ilə qurlumuş Azərbaycan Milli Höküməti devrildikdən sonra həmin hökümət dönəmində çap olmuş türkcə kitabların İran Ordusu tərəfindən yandırıldığı bildirilir.

Azərbaycan fəalları dekabr ayının 17-i Güney Azərbaycan Kitab Günü adlandıraraq bu hadisənin ildönümünü qeyd edirlər.

Onlar bizi türk dilində yazılmış dərslikləri Şəhrdari (Bələdiyyə) meydanına toplayıb və onları yandırmağa məcbur etdilər. Kitabların alovları bizim başımız üstündə dar ağacından asılmış kişilərin ayaqlarına qədər qalxırdı.
“Onlar bizi türk dilində yazılmış dərslikləri Şəhrdari (Bələdiyyə) meydanına toplayıb və onları yandırmağa məcbur etdilər. Kitabların alovları bizim başımız üstündə dar ağacından asılmış kişilərin ayaqlarına qədər qalxırdı. Gündüzləri Təbrizi qoruyub, gecələri isə onun küçələrinə asfalt örtən fədayiləri - demokrat firqəsi devrildikdən sonra evlərindən çıxarılır, biz uşaqların gözləri önündə onlardan arxalarına baxmadan yerimələrini istəyirdilər və sonra bizim gözümüzün önündə arxadan onlara güllə açıb, cəsədlərini küçədəki nova atırdılar,” deyə həmin dövrün türk dilli məktəblərində oxumuş güneyli məşhur yazar və Pen Kanadanın sabiq prezidenti Rza Bərahəni gözü ilə gördüklərini təsvir edib.
XS
SM
MD
LG