Accessibility links

Yeni texniki imkanlar müəlliflərə kitabları özlərinin nəşr etməsinə imkan yaradır


NY Bookstore Survives Changes in Publishing Industry

NY Bookstore Survives Changes in Publishing Industry

Müəllif və yazarların yalnız çox az hissəsi kitablarını nəşr edə bilir. Lakin müasir texnologiyalar bu tendensiyanı dəyişir. Müasir dövrdə yazarlar ənənəvi nəşriyyatlar olmadan da öz əsərlərini çap edə bilir.

Virciniya ştatının Aleksandriya şəhərindəki evlərin birinin qarşısında müəllifin kitabı imzalaması üçün növbə dayanıb. Con Saul içəridə yeni nəşr etdiyi kitabını imzalayır. O deyir ki, bu, onun 40 il ərzində yığdığı şerlər toplusudur. "Kitab 66 fəsildən ibarətdir. Burada uşaqlar üçün şerlərdən tutmuş, məhəbbət mövzusuna qədər çox sayda şer var”-deyə o bildirir.



Bir neçə il bundan əvvəl daşınmaz əmlak bazarında tənəzzül baş verəndə 64 yaşında keçmiş inşaat mühəndisi ömrü boyu arzuladığı kimi yazmağa başlamaq üçün vaxtın yetişdiyini düşünmüşdü. Amma vaxt hələ hər şey deyildi.

Con Saul deyir ki, məşhur, tanınmış və başqa naşirlərdən onlarla rədd cavabı aldıqdan sonra ruhdan düşmüşdü.

Beləliklə də keçən il Saul başqa bir yol seçdi və şerlər məcmuəsini onlayn özü nəşr e tdi. “İnternetdə insanların münasibətini görmək çox təəccüblü idi. Çünki dünyanın hər yerindən insanlar kitaba baxa bilir, onu oxuyub mühakimə yürüdə bilir. Satışlar da çox uğurlu idi”-deyə Con Saul bildirir.

Amma bir məsələ var ki hamı elektron kitab sevmir. “Çox adam mənə müraciət etmişdi ki, kitabı elektron variantda deyil, nəşr olunmuş variantda oxumaq istəyir. Mən bu insanların istəyini nəzərə aldım”-deyə o bildirir.

Soul yaxınlıqdakı kitab dükanına və oradakı Opus adlə espresso kitab maşınına üz tutur. Bu maşında müəllif kitabı rəngli nəşr edir. Bil Legget mağazada məsləhətçi işləyir. O deyir ki, müəlliflər kitabı Word document formatında gətirir, kitab mağazasında onu PDF formatına çevirirlər. Burada müəlliflərə kitabın tərtibatı işində onlara kömək edilir.”

Legget deyir ki, layihələrin ölçüsü önməli deyil. Bir kitabın nəşri 7 dollardır, üstəlik hər səhifə üçün iki sent ödənməlidir. Kitabın çapa hazırlanması bir neçə dəqiqə çəkir. Opus mağazaya gətiriləndən burada 6 min kitab nəşr edilib.

Kitablar mağazanın özündə, ya da müəlliflərin özləri tərəfindən satılır.

Müəllif Con Saul bu ilin sonu yeni kitabını nəşr etmək üçün yenidən kitab mağazasına qayıdacaq.
XS
SM
MD
LG