Accessibility links

ABŞ Baş Prokuroru: Hillari Klintonla bağlı FBI-ın tövsiyələrini qəbul edəcəyik


Cümə günü ABŞ rəsmilərinin verdiyi məlumata görə, ABŞ-ın baş prokuroru Loretta Linç Hillari Klintonun Dövlət Katibi olduğu dövrdə şəxsi email hesabından istifadəsini araşdıran Ədliyyə Nazirliyinin karyera şöbəsinin əməkdaşlarının tövsiyələrini qəbul edəcək.

Federal Təhqiqatlar Bürosu (FBI) rəsmilərinin təhqiqatları yaxın zamanda başa çatdıracaqları gözlənilir. Hüquq ekspertləri ehtimali Demokrat namizədə qarşı cinayət ittihamlarının irəli sürüləcəyini gözləmədiklərini deyir.

Baş Prokuror Loretta Linçin sabiq prezident Bill Klintonla görüşü Respublikaçıların tənqidlərinə məruz qalıb.

Baş Prokuror Loretta Linçin sabiq prezident Bill Klintonla görüşü Respublikaçıların tənqidlərinə məruz qalıb.

Bir sıra ABŞ media orqanlarına danışan Ədliyyə Nazirliyi rəsmiləri deyib ki, cümə günü Linç məsələni araşdıran FBI müstəntiqlərinin qərarını qəbul edəcəyini elan edəcək.

Linç Klintona qarşı hər hansı mümkün ittihamları dəyişdirmək hüququna malikdir. Ədliyyə Nazirliyi və FBI arasında bu cür çəkişmələrin olması qeyri-adi bir hal deyil.

Ancaq bu həftə Linç və Hillari Klntonun həyat yoldaşı, sabiq prezident Bill Kliton arasında eksprompt görüşü nəzərə alsaq, belə bir addım mübahisə doğura bilər .

Linç deyib ki, Feniks aeroportunda 30 dəqiqəlik görüş zamanı onlar arasındakı söhbət Klintonun nəvələri və ən son səyahətlərini əhatə edib. O, Klintonla email məsələsini müzkairə etmədiklərini deyib.

Mən heç vaxt belə bir şey görməmişəm.

Lakin bir sıra Respublikaçı qanunverici bu görüşün Linçin, onların iddiasına görə onsuz da obyektiv şəkildə aparılmayan istintaqla bağlı güzəştə getməsinə səbəb olduğunu iddia edir.

Hillari Klintonun seçkilərdəki ehtimali rəqibi Donald Tramp bu “gizli” görüşdən “təəccübləndiyini” deyib. “Mən heç vaxt belə bir şey görməmişəm,” deyə o bildirib.

Cümə axşamı Ağ Ev rəsmiləri bu məsələni müzakirə etdikləri zaman ehtiyyaltı davranıblar. Ağ Ev sözçüsü Coş Ernest przident Barak Obamanın Ədliyyə Nazirliyinin isitintaqına “siyasi müdaxilənin” olacağını ehtimal etmədiyini deyib, ancaq eyni zamanda da görüşlə bağlı sualalrı cavablandırdığına görə Linçi tərifləyib.

Hillari Klintonun seçki kampniyası rəsmiləri isə bu məsələ ilə bağlı şərh verməyib.

Hillari Klintonun özəl email serverindən istifadə etməsi təhlükəsizlik protokolunun pozulması kimi yozulur.

Hillari Klintonun özəl email serverindən istifadə etməsi təhlükəsizlik protokolunun pozulması kimi yozulur.

Klinton dəfələrlə dövlət katibi olduğu dövrdə şəxsi email sistemindən istifadə etdiyində heç bir qanunu pozmadığını iddia edib

FBI şəxsi email hesabından istifadənin milli təhlükəsizliyə xətər gətirib-gətirmədiyini arşadırır. Ədliyyə Nazirliyi isə gizli məlumatların bu email hesabından göndərilib-göndərilmədiyini yoxlayır.

Rəsmilər milli təhlükəsizlik və bu məlumatların qeydiyyata alınması tələblərini yerinə yetirmək səbəbilə dövlət email hesablarından istifadə etməlidirlər, amma son illərdə yüksək vəzifəli rəsmilər öz şəxsi sistemlərindən istifadə ediblər.

Show comments

XS
SM
MD
LG