Accessibility links

Klintonun xeyriyyə təşkilatı [Video]


Klintonun xeyriyyə təşkilatı
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Prezidentliyə demokrat namizəd Hillari Klinton və Klinton təşkilatı arasında ianə mübadiləsi üzərində yaranan tənqidlər ailənin multi-milyard dollarlıq özəl xeyriyyəçilik təşkilatını seçki öncəsi diqqət mərkəzinə çevirib.

Sabiq prezident Bil Klinton xeyriyyə təşkilatını vəzifəsini başa vurduqdan sonra 2001-ci ildə qurub. O zamandan bəri təşkilata təxminən iki miliyard dollarlıq ianə toplanıb.

Klinton Xeyriyyə təşkilatı bir neçə lahiyələrdə iştirak edib. Peru və Salvadorda turizmin təşviqi və yerli sahibkarların iş imkanları ilə təmini üçün təşkilat bir sıra işlər görüb.

Bil Klinton: “Bu günə qədər gördüyümüz işlərin nəticəsi olaraq ümumi gəlir Salvadorun hər regionunda üç dəfə artıb.”

Haitidə təşkilat yeni məktəbin inşasını maliyyələşdirib və ölkənin iqtisadiyyatına yardım məqsədiylə fərqli proqramlar həyata keçirib. Bunlarla yanaşı digər lahiyələrdə də iştirak edilib.

Kreyq Minassian: “Bunlara Latın Amerikasında yeni təşkilatlar vasitəsiylə sahibkarlara təlim keçirilməsi və səhiyyə işçilərinin işə götürülməsi daxildir. Biz proqramları həyata keçirmək üçün hər şeyi özümüz edirik.”

Təşkilat həmçinin qlobal səhiyyənin yaxşılaşdırılması sahəsində də HİV/QİCS -lə mübarizədə mühüm rol alaraq müalicə qiymətlərinin aşağı salınmasına nail olub.

Bununla yanaşı uşaqlarda artıq çəki və digər qarşısı alına bilən xəstəliklərlə bağlı lahiyələr hazırlanıb.

Xeyriyyəçilik üzrə ekspert Dan Boroşoff deyir ki, Klinton təşkilatının yaxşı reputatisiyası var.

Dan Boroçoff: “Onlar xeyriyyə proqramları üçün büdcənin 88 faizini toplaya biliblər. Onların fandreyzinqi çox aşağı maliyyətlərlə başa gəlir. 100 dollar yığmaq üçün 2 dollar xərclənir. Onlar həmçinin hökumət və şəffalıq prinsiplərinə sadiqdir.”

Hillari Klintonun prezident seçilməsiylə təşkilatda edilə biləcək dəyişikliklərə gəlincə isə təşkilatın sözçüsü deyir ki, Ağ Evə kim seçilirsə seçilsin, təşkilat işini uzun müddət davam etdirməyi planlaşdırır.

XS
SM
MD
LG