Accessibility links

Hillari Klintona verilən səslər hələ də hesablanır


Demokrat Hillari Klinton ABŞ-ın növbəti prezidenti olmayacaq. Lakin ona verilən populyar səslərin hesablanması ilə Klintonun Donald Trampdan daha çox səs topladığı ortaya çıxıb. Onun Trampdan 2.5 milyon əlavə səs qazandığı məlum olub.

Lakin Tramp prezidentlik üçün lazımi səsləri, Seçki Kollegiyasının səslərini qazanıb.

Milyonlarla amerikalının noyabrda prezidentə səs vermələrinə baxmayaraq, onların səsi birbaşa hansısa namizədi Ağ Evə göndərmir.

Əslində ABŞ-da prezidenti Seçki Kollegiyası müəyyənləşdirir. Tramp isə kollegiyanın 306 səsinə yiyələnib. Klinton isə 232 səs qazanıb.

Hillari Klinton səslərin hələ də hesablandığı Nyu-York və Kaliforniya ştatlarında öndə gedib.

1787-ci ildə ABŞ Konstitutsiyası tərtib olunanda heç bir Avropa millətində vətəndaşlar dövlət başçısını birbaşa seçmirdilər. Ona görə də konstitusiyanın müəllifləri ikimərhələli sistem təsis etdilər ki, buna əsasən xalq səs verir və onların səslərini Elektoral Kollegiyası qeydiyyadan keçirir.

Ümummilli səsvermədən sonra hər ştatın nümayəndələri toplaşaraq prezident seçirlər.

XS
SM
MD
LG