Accessibility links

Elm

Dronlar alimlərə koalaların yerini müəyyənləşdirməyə kömək edir [Video]


Koalalar həyatlarının böyük hissəsini evkalipt ağaçlarında keçirirlər. Ağacların yarpaqları onların sevimli yeməyidir. Yarpaqların tərkibində kalori miqdarı və qıda tərkibi zəif olduğu üçün koalalar aktiv həyat tərzi sürmürlər. Günün 20 saatını yatmaqla keçirirlər. Yüksəkliklərdə qıvrılıb yaşadıqları üçün onları yerdən görmək çətindir. Avstraliyanın simvolu olan koalalar üçün ən böyük təhlükə isə ağacların qırılmasıdır.

Deborah Tabart: "Hazırda Avstraliyada hər ağacın qorunmağa ehtiyacı var və əgər bu baş verməsə, koalanın nəsli kəsiləcək."

Koalalar üzərində araşdırma aparan alimlər deyir ki, onları qorumağın yeganə yolu onların harda yaşadığını və nə qədər qaldığını öyrənməkdir.

Dronlara quraşdırılmış infraqırmızı kameraların köməyilə onların sayını müəyyən etmək haqda əvvəllər düşünülməmişdi. Queensland Texnologiya İnstitutunun texniki işçisi Gavin Broadbent deyir ki, ilk başda onlar əmin deyildilər.

Gavin Broadbent: "Nə zaman ki biz şəkilləri əldə etməyə başladıq, gördük ki, koalaları ağac və təbiətdən ayırd etmək olur. Düşündük ki, drondan istifadə tamamilə düzgün seçimdir."

Kompyuterə gələn şəkillər heyvanın mövqeyini aydın göstərir. Hətta uzaqdan aydındır ki, o yatdığı zaman narahat edilməməsini istəyir.

Felipe Gonzalez: "Biz 20 və 80 metr məsafədən onları sınaqdan keçirdik. 20 metrdə biz həqiqətən də yaxşı görüntü əldə etdik."

Uzaqdan idarə olunan kameranı döndərmək və yaxınlaşdırmaq olur. Beləliklə alimlər ağacları hər bucaqdan skan eleyərək, araşdırmaçıların yerdən görə bilmədikləri ən sıx yerlərdən belə koalaları çəkmək olar.

Amber Gillert: "Beləliklə bu kəskin şəkildə insan əməyini azaldır və insanların sıx olan yerlərə girə bilmədiyi üçün koalaları müəyyən etməyi asanlaşdırır."

Alimlər infraqırmızı kameralı dronlarla heyvanların vəhşi təbiətdə yerini müəyyən etmək və qorumağın indi mümkün olacağını deyirlər.

XS
SM
MD
LG