Accessibility links

Koalisiya qüvvələri Liviyada əməliyyatlarını davam etdirir

  • Nərminə Cəlalqızı

Koalisiya qüvvələri Liviyada əməliyyatlarını davam etdirir

Koalisiya qüvvələri Liviyada əməliyyatlarını davam etdirir

Bu gün, BMT-nin qəbul etdiyi qərara əsasən dinc sakinlərin Qəzzafi ordusundan qorunması məqsədi ilə Liviyada başlanan hərbi əməliyyatların altıncı günündə paytaxt Tripolinin şərqində bir neçə partlayış baş verib. Fransanın xarici işlər naziri Alain Juppe koalisiya hərbi hava qüvvələrinin mülki vətəndaşları müdafiə etdiyini və yalnız hərbi hissələri hədəf aldığını deyib.

Dünən Qərbin hərbi təyyarələri hökumətə sadiq qüvvələrin Misrata şəhərinə hücumlarını müvəqqəti dayandırdıqdan sonra Müəmmar Qəzzafi ordusu hücumları bərpa edib. Misratadan bir həkimin dediyinə görə, Qəzzafi ordusu şəhər yaxınlığındakı yeganə xəstəxana da daxil edilməklə, bütün obyektləri atəşə tutmuş, binaların damından snayperlər mülki vətəndaşlara atəş açmışlar. Bütün bunlara baxmayaraq, Liviyanın xarici işlər naziri Xalid Kaim bu gün bildirib ki, Misratada heç bir hərbi əməliyyat olmayıb.

XS
SM
MD
LG