Accessibility links

Hindistanda kobra üzərində əməliyyat aparılıb


Hindistanda veterinarlar və ilan ekspertlərindən ibarət tibbi heyət qarnından ağır yara almış kobra üzərində cərrahiyyə əməliyyatı aparıblar.

45 dəqiqə sürən əməliyyat qərbi Naqpur şəhərində keçirilib. Veterinar Dr. Hermant Cain deyib ki, bir metr yarım uzunluğundakı ilannın qarnında dərin kəsik aşkar olunub. Onun bəzi orqanları bədəndən kənara çıxmışdı.

Cərrahın sözlərinə görə həkimlər zədələnmiş orqanları müalicə etmiş, qarnı yenidən tikmiş və ilanın qanaxmasını dayandırmışlar.

Dokto Cain deyir ki, tibbi heyət ilana antibiotiklər və ağrıkəsici dərmanlar verib. Nəzarətdə qaldıqdan 3-4 gün sonra ilanın cəngəlliyə buraxəılması planlaşdırılır.

İnşaat obyekti yaxınlığında tapılmış ilanın təqribən 5 yaşı var.
XS
SM
MD
LG