Accessibility links

Britaniyanın baş nazirinin sabiq mətbuat katibi həbs edilib


Britaniyanın baş naziri Deyvid Kameronun sabiq mətbuat katibi Eni Kolson və Rupert Murdoçin News of the World qəzetinin sabiq redaktoru Şotland polisi tərəfindən həbs edilib. Onlar yalan ifadə verməkdə ittiham olunur.

Kolson dünən Londondakı evində həbs edilib və Qlasqov Ali məhkəməsində 2010-cu ildə verdiyi ifadəyə dair sorğu-sual edilmək məqsədilə Şotlandiyanın Qlasqov şəhərinə aparılıb.

Sorğu-sual edildikdən sonra o, məhkəmədə Şotlandiya siyasətçisinin tabloid telefon qalmaqalına dair yalan ifadə verdiyinə görə ittiham olunub. Araşdırmalardan sonra qanunsuz xəbər əldə etdiklərinə və rüşvət aldıqlarına görə təxminən 40 nəfər həbs edilib.





XS
SM
MD
LG