Accessibility links

Kompyuter prosessorlarından radiator kimi istifadə ediləcək [Video]


Kompyuter prosessorlarından radiator kimi istifadə ediləcək
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Google, Apple, Microsoft kimi nəhəng internet firmalarının məlumat mərkəzlərinin mindən çox kompyuter serveri var. Onlar məlumatı proses etdikləri vaxt, serverlər böyük miqdarda istilik meydana gətirir ki, bunları soyutmaq üçün sərinləşdiriciyə ehtiyac var.

Danimarkada yerləşən firma deyir ki, həm serverləri çalışdırmaq, həm də onları soyutmaq üçün elektrikə pul ödənir və bu enerji israfıdır.

Boaz Leupe Nerdalize şirkətinin icraçı direktorudur.

Boaz Leupe Nerdalize: "Bizim informasiya mərkəzi qurmağa ehtiyacımız yoxdur. Bu bizi infrastruktur maliyyətindən və soyutma xərclərindən xilas edir. Həmçinin ətraf-mühitə fayda verirsiz. İstifadə etdiyiniz elektriki iki şey üçün işlədirsiz. Evi qızdırmaq və soyutma sisteminə ehtiyac olmadan müştərilərin məlumatını proses etmək üçün."

Bu e-Radiatordur. Həmçinin kompyuter server işini görür və alternativ istilik mənbəyidir. Beş ev sahibi e-radiatordan təcrübə üçün istifadə edir.

Boaz Leupe Nerdalize: "Biz serverin istifadə etdiyi enerjini geri ödəyirik. Bunu ona görə edə bilirik ki, digər tərəfdə kompyuter müştəriləri var. Beləliklə ev sahibləri pulsuz istiliklə təmin olunur və kompyuter istifadəçiləri informasiya mərkəzinin soyudulması üçün pul ödəməyə ehtiyac duymurlar."

Təcrübədə iştirak edən ev sahiblərindən Can Visser deyir ki, e-Radiatorun emal etdiyi istilik serverin prosessorunun gördüyü işin həcminə bağlıdır. Beləliklə e-radiator əsas istilik mənbəsi kimi istifadə edilə bilməz. Ancaq o, bunu sınaqdan keçirmək istəryir.

Can Visser: "Əgər bu kifayət qədər istilik verirsə, siz mərkəzi istilik sistemindən az istifadə edərsiz. Bu ev sahiblərinə pula qənaət etmək üçün fürsətdir."

Şirkət rəsmiləri bildirir ki, e-radiatorlar 55 dərəcə selsiyə qədər istilik meydana gətirə və illik 440 dollar istilik xərclərinə qənaət edə bilər.

XS
SM
MD
LG