Accessibility links

İlham Əliyev Konqresmenləri qəbul edib


İlham Əliyev Konqresmenləri qəbul edib

İlham Əliyev Konqresmenləri qəbul edib

Konqresmenlər Azərbaycana səfərinin ölkə ilə yaxından tanış olmaq üçün fürsət olduğunu deyir

Azərbaycan prezidenti İlham Əliyev ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysu və onu müşayiət edən konqresmenləri qəbul edib.

Konqresmenlər iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji, terrorizmə qarşı mübarizə və Əfqanıstanla bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndiriblər.

Qonaqlar, həmçinin Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığını yüksək dəyərləndiriblər.

Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb.

Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın və ətraf 7 rayonun işğala məruz qaldığını vurğulayan İlham Əliyev münaqişənin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin konkret addımlar atmalarının vacibliyini qeyd edib.

Görüşdə ABŞ nümayəndə heyətinin Azərbaycana bu səfərinin ölkə ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığı bildirilib, səfərin əlaqələrin yeni sahələrinin müəyyənləşdirilməsi baxımından önəmi qeyd edilib.
XS
SM
MD
LG