Accessibility links

General Petreas:Kilsənin Quran nüsxələrini yandırmaq planları ABŞ əsgərlərini təhlükədə qoyur


General Petreas xəbərdarlıq edib ki, müsəlmanların müqəddəs kitabının yandırılması Talibanın təbliğat məqsədləri üçün məhz istifadə etmək istədiyi bir addımdır

ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı komandanı general Deyvid Petreas deyib ki, Amerikada bir kilsənin sentyabrın 11-i Quranın nüsxələrini yandırmaq planları Birləşmiş Ştatların bu ölkədə əsgərləri və müharibədə göstərilən səyləri təhlükə altında qoyur. General Petreas xəbərdarlıq edib ki, müsəlmanların müqəddəs kitabının yandırılması Talibanın təbliğat məqsədləri üçün məhz istifadə etmək istədiyi bir addımdır. O deyib ki, bu nəinki Əfqanıstanda, bütün müsəlman dünyasında ABŞ əleyhinə əhval-ruhiyyəni gücləndirə bilər. Florida ştatında kiçik yevangelist kiləssi sentyabrın 11-i Birləşmiş Ştatlara terror hücumlarının ildönümünü Quran nüsxələrini yandırmaqla qeyd etməyi planlaşdırdığını bildirib. Kilsə hökumətin buna icazə vermədiyinə əhəmiyyət verməyərək, planı həyata keçirmək qərarında olduğunu bildirib.

XS
SM
MD
LG