Accessibility links

Şimali Koreya mediası liderin evləndiyini təsdiq etdi


Şimali Koreya mediası lider Kim Conq Unun evləndiyini təsdiq etməklə onu müşayiət edən qadının kimliyinə dair spekulsyasiyalara son qoyub.

Dövlət mediası xəbər verib ki, Kim və “yoldaş Ri Sol Cu” çərşənbə günü Pxenyanda yenicə açılmış əyləncə parkını gəziblər. İlk dəfə olaraq Şimali Koreya mediası dövlət başçısının xanımının adını çəkib. Amma reportajda onların evləndiyi haqda heç nə deyilməyib və ya başqa detallar açıqlanmayıb.

Kim Conq Una hakimiyyət dekabrda ölmüş atası Kim Conq İldən miras qalıb. Şimali Koreyanın birinci xanımının təqdimatı mərhum Kimin məxfi və quru liderlik stilindən fərqlənməyə işarə edir.
XS
SM
MD
LG