Accessibility links

Görünməmiş fırıldaq: Yalançı “rəis”dən 29 min manat rüşvət


Rüşvət
Rüşvət

Nazirliyin işçisi şəxsi mövcud olmayan vəzifəyə təyin etməklə aldadaraq pulunu mənimsəyib

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 6 saylı Yaşıllaşdırma İdarəsinin sabiq rəisi Vəkil İsgəndərovun bir şəxsin
etibarından sui-istifadə edərək onu mövcud olmayan 9 saylı Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsinə təyin etdirəcəyi adı ilə 29 min manat məbləğində pul vəsaitini ələ keçirib və ona həmin vəzifəyə təyin olunması haqqında saxta əmrdən çıxarış təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, fakta görə Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.
XS
SM
MD
LG