Accessibility links

ABŞ komediya ustası Bill Kosbi zaminə buraxılıb


2004-cü ildə seksual təcavüz göstərməkdə ittiham edilən ABŞ komediya ustası Bill Kosbiyə qarşı ittihamlar irəli sürüldükdən və barmaq izləri götürüldükdən sonra o, zaminə buraxılıb.

Pennsilvaniya ştatında prokuror onun haqqında ittihamı oxuduqdan sonra məhkəmədən çıxan Kosbi müxbirlərin suallarını cavablandırıb.

Məhkəmə prosesi sabiq Temple Universitetinin işçisi 2005-ci ildə Filadelfiya şəhəri yaxınlığındakı evində Kosbinin ona narkotik maddə verərək ona seksual təcavüzünü əhatə edir.

O zaman polis Kosbini həbs etməkdən boyun qaçırmışdı.

“Həmin axşam cənab Kosbi qadını təklif etdiyi narkotik dərmanları şərabla içməyə məcbur edib. Dərmanın təsiri qadını huşsuz edib və Kosbi qadına nalayiq təcavüz göstərib,” deyə Montgomery qraflığı ittihamçısının müavini Kevin Stil bildirib.

Təqsirli bilinərsə, 78 yaşlı gülüş ustası 10 ilə qədər həbsə məhkum və 25 min dollar cərimə edilə bilər.

1960-cı illərdən bəri bir çox qadın Kosbinin narkotik maddə verərək onlara təcavüz etdiyini iddia edir.

XS
SM
MD
LG