Accessibility links

Krım tatarlarının gələcəyi təhlükədədir [Video]


Krım tatarlarının gələcəyi təhlükədədir
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Krım tatarlarının gələcəyi təhlükədədir

Yarımadanın ilhaqından sonra tatarlar təqiblərə məruz qalır, 10-dan çox tatar fəal yoxa çıxıb

Bu ilin əvvəlində Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən ilhaqından sonra bölgədəki tatarların gələcəyinə dair narahatlıqlar artmaqdadır. Vədlərə baxmayaraq tatar liderləri deyir ki, azlıqda olan tatarlar təqiblərə məruz qalır.

Krım tatarları hətta hücuma məruz qaldıqlarını da deyir. Son həftələrdə artıq Rusiyanın olan regionunun maskalı təhlükəsizlik qüvvələri Məclisdə, başqa sözlə desək Krım Tatarlarının assambleyasında reyd keçiriblər.

Avropa Şurasının İnsan Haqları Komissarı Nilz Muiznieks bu yaxınlarda Krıma səfər edərək ciddi narahatlıq barədə xəbərdarlıq edib: "Bu axtarışların əsas məqsədi silah və ya belə deyək ekstremist broşürlərin axtarışı olub. Heç bir zorakı və ya ekstremist tarixi olmayan Krım tatarlarına qarşı reydlər tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır".

Söhbət yalnız reydlərdən getmir. Yarımadanın ilhaqından sonra 10-dan çox tatar fəal yoxa çıxıb. Məclisin sabiq rəhbəri Mustafa Cəmil Krımoğlu: "Hakimiyyər orqanları deyir ki, “Onların harada olduğunu bilmirik”. Adətən belə yoxa çıxanlar heç vaxt tapılmır."

Yoxa çıxanlardan biri Edem Asanovun bu günlərdə cəsədi tapılıb. Cənab Krımoğlu deyir ki, bunlar siyasi motivlidir.

"Məncə onların iki məqsədi var. Birincisi ən fəal Krım tatarlarını aradan qaldırmaqdır. İkincisi və fikrimcə ən vacibi insanlarda bir qorxu hissi yaratmaqdır ki, onlar öz haqlarını müdafiə etməsin" - deyə Mustafa Cəmil Krımoğlu bildirir.

Krım tatarları bir müsəlman icması kimi də regionda dini azlıqdır və onlar bu ilin əvvəlində Rusiyaya qoşulmağın əleyhinə səs verən böyük üstünlük idi. Sovet zamanında kütləvi deportasiyalar son illərdə geri dönən bu insanların çoxunda Moskva ilə bağlı ciddi şübhələr yaradıb.

Vaşinqtondakı Rusiya rəsmiləri şərh üçün münasib olmadıqlarını bildirir. Ancaq prezident Vladimir Putin yarımada Moskvanın nəzarətinə keçəndən sonra narahatlıqlara onun sözləri ilə desək belə cavab vermişdi: Krım tatarları reabilitasiya olunur.

İlhaqdan sonra minlərlər tatar Krımı tərk edərək qərbə - öz vətənləri hesab etdiyi Ukraynaya köçüb.

Ancaq əcdadlarının dədə-baba torpaqları olan Krımı qorumaq üçün yarımadada qalan tatarlar isə artan siyasi repressiyanı azaltmaq üçün Rusiyaya qarşı sanksiyaların daha da gücləndirilməsinə çağırır.

XS
SM
MD
LG