Accessibility links

Ukrayna dünya ictimaiyyətinin diqqət mərkəzindədir


Ukrayna dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Cevrilişin ardınca bu ölkənin Krım yarımadasında cərəyan edən hadisələr bu bölgənin təlatümlü keçmişini yada salır.

Krım yunanlar, romalılar, hunlar, Bizans İmperiyası və digərləri tərəfindən zəbt edilib, onların müstəmləklərinə çevrilib.

XIII əsrdə Krım Çingiz xanın nəvəsinin qurduğu Qızıl Ordaya daxil olan tatarların işğalına məruz qalıb.

1441-ci ildə Krımda ilk tatar xanlığı qurulub. Daha sonra xanlıq Osmanlı imperatorluğundan asılılığa düşüb.

1783-cü ildə Rusiya Krımı istila edib və xanlığın mövcudluğuna son qoyub.

1853-1856-cı illərin Krım müharibəsi Böyük Britaniya,Fransa və Sardiniya krallığının Osmanlı dövləti tərəfində müharibəyə qatılması ilə müttəfiqlər Rusiyanı məğlub edib.

1917-ci ildə Rusiya İnqilabı zamanı Krım bolşeviklər, anarxistlər və çar tərəfdarları arasında aparılan mübarizənin ən qaynar nöqtəsi olub.
O zaman Krım Sovet İttifaqının tərkibinə salınıb.

1954-cü ildə Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilib.
Krım əhalisinin 58 faizini ruslar, 24 faizini ukraynalılar, Stalin tərəfindən sürgün edilən və Sovet İttifaqının süqutundan sonra Krıma qayıdan tatarlar 12 faiz təşkil edir.
XS
SM
MD
LG