Accessibility links

Kris Pratt məşhur olmasında Allaha inamını səbəb bilir


Amerika aktyoru Kris Prattın istedadlı və məşhur olması danılmazdır. Lakin onun bu statusu əldə etməsi asan olmayıb.

Aktyor Vanity Fair jurnalına bildirib ki, o, Hollivudda karyerasına kupon satıcısı kimi başlayıb.

“Məhz ona görə mən Allaha, ilahi qüvvəyə inanıram. Mən hər şeyin gözəl planlaşdırıldığını hiss edirəm. Çoxları Hollivudda uğur əldə edə bilməmələrindən danışır” deyə Kris Pratt bildirib.

Pratt arzuladığı rolu ifa edə bilməsi üçün çəkisini azaltmalı olduğunu deyir.

O, jurnala 2011-ci ildə çəkisinin çox olduğunu bildirib… “Məhz o zaman ilk dəfə mən bir nəfərin məni çəkimin artıq olmasına görə filmə sınamayacaqlarını dedi. Və mən çəkimi azaltmaq üzərində işlədim. Mənim məşqçi tutmağa imkanım yox idi. Və mən sadəcə qaçır, yeməyimə fikir verir və az içki içirdim” deyə Pratt bildirib.

XS
SM
MD
LG