Accessibility links

Kubada əməliyyat olunmuş Uqo Çavesin video-görüntüləri yayımlanıb


Kubada əməliyyat olunmuş Uqo Çavesin video-görüntüləri yayımlanıb

Kubada əməliyyat olunmuş Uqo Çavesin video-görüntüləri yayımlanıb

Venesuela dövlət telekanalı Kubada əməliyyatdan sonra səhhətində problemlərin ciddiliyi barədə şayiələr yayılan prezident Uqo Çavesin yeni görüntülərini yayımlayıb.

Telekanal 56 yaşlı prezidenti dostu, sabiq Kuba lideri Fidel Kastro ilə gəzərkən və söhbət edərkən göstərib. İki lider Kubada bir bağçada nümayiş etdirilib. Cənab Çaves iyunun 10-da təcili əməliyyat olunmuşdu.

Prezident Çaves cənab Kastro ilə Kubanın dövlət qəzeti Granma-dan məqələləri müzakirə edərkən daha aydın və danışığında problemsiz gözə dəyir. Bu müzakirənin audiosu iki gün öncə səsləndirilmiş, görüntüdən audiosuz hissələr isə eyni telekanalda yayımlanmışdı.

XS
SM
MD
LG