Accessibility links

Kubalı amerikalılar kimlikləri ilə fəxr edir [Video]


Kubalı amerikalılar kimlikləri ilə fəxr edir
please wait

No media source currently available

0:00 0:01:43 0:00

Kubalı-amerikalıların 70 faizi Floridada, əsasən də Mayamidə yaşayır. Orada şəhərin demoqrafiyası ilə birgə Kuba ilə bağlı hisslər də dəyişir. Amerikanın Səsinin müxbiri 20 yaşlarındakı kubalılarla danışıb və onlardan vətənlərindən 145 kilometrlik məsafədə, amma eyni zamanda dünyalar qədər uzaq olmağın nə hiss etdirdiyini öyrənib.

Mayamidəki kubalı-amerikalı gənclər
Mayamidəki kubalı-amerikalı gənclər

Səhər saat 5-də Mayami hava limanına getsəniz görəcəyiniz mənzərə budur: mavi karqolar.

Kubalı amerikalılar Kuba ilə münasibətlərin bərpasından istifadə edərək, ada ölkəyə daha çöx məhsul və avadanlıq aparır. İsmel Alvarado qismən aradan qaldırılmış embraqonun xoşbəxtliyin bir hissəsi olduğuna inanır.

“Bu, o baxımdan yaxşıdır ki, beləliklə Kubadakı bizneslərin böyüməsi və kubalı ailələrin birləşməsi üçün bir neçə qapı açılacaq.”

Alvarado kimi Mayamidəki bir çox gənc kuba ilə əlaqələrin bərpasını valideyinlərindən daha çox istəyir. Daha yaşlı nəsil Kubanı 1960-cı illərdə Fidel Kastro Sovet İttifaqı ilə müttəfiq olandan sonra tərk edib.

Bu, o baxımdan yaxşıdır ki, beləliklə Kubadakı bizneslərin böyüməsi və kubalı ailələrin birləşməsi üçün bir neçə qapı açılacaq.

Onlardan sonrakı nəsil üzərində araşdırma Florida Beynəlxalq Universiteti tərəfindən aparalılb.

“Gənc kubalılar daha çox Demokrat və ya müstəqil kimi qeydiyyatdan keçirlər və onlar daha çox latın amerikalılarına bənzəyir.”

Bu çimərlik şəhəri və ətrafında təxminən 1 milyona yaxın kubalı yaşayır. Bu isə o deməkdir ki, burada yaşayan hər üç nəfərdən biri kubalıdır. Gənc nəsil də bu kimliyi ilə fəxr edir.

“Başqa birinə yaxınlaşıb soruşsanız deyəcək bilmirəm, nikaraqualıyam, amma kubalı- mən kubalı olmaqdan qürur duyuram deyəcək.”

Kuba və Amerika bayraqları
Kuba və Amerika bayraqları

Mayamili gənc kubalılar öz etnik mənsubiyyəltərini incəsənət, musiqi, mətbəx, tarixləri və Cubano kafesi vasitəsilə qeyd edirlər.

“Biz istiqanlıyıq, həvəsliyik.”

Amma onlar ölkələrinə geri dönməyə həvəsli deyil.

“Mən Kubanın hazırkı vəziyyətini bəyənmirəm. Orada nə söz azadlığı, nə də imkanlar var.”

Vətənlərində dəyişikliyin baş verdiyini görməyənədək, onlar Kubadan təyyarə ilə bir saatlıq məsafədəki Mayamidə yaşamağa üstünlük verəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG