Accessibility links

Küçədə yaşayan uşaqlar [Video]


Aprelin 6-da 10-15 yaşlarında olan iki oğlan və bir qız Bakının mərkəzində, Süleyman Rəhimov küçəsi 186 ünvanında açıq havada pilləkənlərin altında yatırdı. Altlarına döşək əvəzin kardon döşəmişdilər, üstlərində isə heç nə yox idi. Bir müddət sonra oğlanlardan biri gözlərini ovuşduraraq yuxudan ayıdlı. 15 yaşlı Rüfət bildirdi ki, 8 yaşından küçələrdə yaşayır.

Küçədə yaşayan uşaqlar

Küçədə yaşayan uşaqlar

Turanə adlı qız isə kimsəsiz olduğunu deyib.

Amerikanın Səsi uşaqlarla bağlı Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansına və Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə məlumat verib.

QHT Alyansının əlaqələndirici Ruhanə Əhmədova Amerikanın Səsinə deyib ki, uşaqları axtarıb tapacaqlar.

Küçədə yaşayan uşaqlar

Küçədə yaşayan uşaqlar

“Biz müvafiq orqanlarla birgə uşaqları tapıb, uşaq evinə göndərəcəyik. Alıyans bu uşaqların hüquqlarının müdafiəsini öz üzərinə götürür. Buna əmin ola bilərsiniz”, o qeyd edib.

22-ci Polis Bölməsinin növbətçi hissəsindən isə bildirblər ki, uşaqlar üzrə polis inspektoru məlumatlandırılacaq.

XS
SM
MD
LG