Accessibility links

Kürdlər Sincarın yenidən qurulması üçün kömək istəyir [Video]


ABŞ-ın dəstəklədiyi kürd qüvvələri bu ayın əvvəlində İraqın Sincar şəhərini İslam Dövləti qrupundan azad edib. Amma şəhərin azad olunmasına baxmayaraq İraqın kürd regionunda yaşayan dini azlıq olan yezidi əhalisi İŞİD yaraqlıları tərəfindən qaçırılan 3,000-ə yaxın yezidi qadın və uşaqların hələ də əsirlikdə saxlanıldığına görə üzgündürlər. Bundan əlavə isə onlar şəhərin yenidən qurulması üçün yardım istəyir.

Biz İŞİD-in girov götürdüyü qadın və qızların geri dönməsini arzu edirik. Bu, bizim üçün namus məsələsidir.

Sincarın azad olunması şəhər əhalisi üçün çox gözəl xəbər oldu. İndi isə buradakı insanlar İraq höküməti və beynəlxalq ictimaiyyətdən daha çox şey gözləyir. Onların bəziləri Amerikanın Səsinə bildirib ki, ötən il yaraqlılar şəhəri ələ keçirdiyi zaman girov düşən yezidi qadın və uşaqların xilas olunması üçün artıq İslam Dövlətinə qarşı əməliyyatlar aparılmalıdır. Şəhərin azad olunmasında böyük rol oynayan İraqın Peşmərgə adlanan kürd döyüşçüləri də belə düşünür.

“Biz İŞİD-in girov götürdüyü qadın və qızların geri dönməsini arzu edirik. Bu, bizim üçün namus məsələsidir.”

İlk İslam Dövləti hücuma keçdiyində, daha sonra isə şəhərin azad olunması üzərində gedən döyüş zamanı şəhər dağılıb. İndi sakinlərin əsas tələbi şəhərin bərpa olunmasıdır.

Peşmərgə döyüşçüləri. Sincar

Peşmərgə döyüşçüləri. Sincar

“Biz Avropa ölkələrini, humanitar təşkilatları və Birləşmiş Millətlər Təşkilatını bizə yardım etməyə çağırırıq.”

Yerli ordu komandirləri şəhərin İslam Dövlətindən geri alınmasına baxmayaraq, əks-hücum təhlükəsinin olduğunu deyib.

“Bu yaxınlaradək bizim məqsədimiz şəhəri azad etmək idi. İndi isə diqqət mərkəzimizdə İŞİD bir daha hücum etsə şəhəri onların nəzarətinə keçməsinin qarşısını almaqdır.”

Peşmərgələr Sincarın azad olunması ilə qarşıda duran işlərin bitmədiyini başa düşdüklərini deyirlər.

XS
SM
MD
LG