Accessibility links

Qırğızıstanın təhlıükəsizlik qüvvələrinin başçısı iğtişaşlara görə islamçıları günahlandırır


Qırğızıstanın təhlıükəsizlik qüvvələrinin başçısı iğtişaşlara görə islamçıları günahlandırır

Qırğızıstanın təhlıükəsizlik qüvvələrinin başçısı iğtişaşlara görə islamçıları günahlandırır

Təhlükəsizlik qüvvələrinin başçısının sözlərinə görə, hakimiyyətdən devrilmiş prezident Kurmanbek Bakıyev Oş və Cəlalabad şəhərlərində qırğızlar və özbəklər arasında etnik zəmində iğtişaşlar yaratmaq üçün Taliban və başqa islamçı qruplarla sözləşib

Qırğızıstanın təhlükəsizlik xidmətinin baççısı Keneşbek Duşebayev deyib ki, ölkənin cənubunda iki minə yaxın insanın ölümülə nəticələnmiş etnik zəmində zorakılıqlarda islamçı militantların rolu olub.

O bildirib ki, beynəlxalq terrorçu qrup Qırğızıstanda uzun müddətdir sosial və siyasi vəziyyəti sabitsizləşdirməyə çalışır. Təhlükəsizlik qüvvələrinin başçısının sözlərinə görə, hakimiyyətdən devrilmiş prezident Kurmanbek Bakıyev Oş və Cəlalabad şəhərlərində qırğızlar və özbəklər arasında etnik zəmində iğtişaşlar yaratmaq üçün Taliban və başqa islamçı qruplarla sözləşib.

BMT, Birləşmiş Ştatlar və insan hüquqları qrupları iğtişaşların səbəbini aydınlaşdırmaq üçün müstəqil təhqiqat aparmağa çağırıb. BMT rəsmiləri toqquşmalara qəsdən yol verildiyini düşünür.

XS
SM
MD
LG