Accessibility links

Siyasət Latviya-Rusiya mədəni bağlantılarını imtahana çəkir [Video]


Siyasi gərginliklərə baxmayaraq, Riqada yerləşən Rus Teatrı iki ölkə arasında mədəniyyət körpüsü və dözümlülük rəmzi kimi fəaliyyətini davam etdirir.

“Teatrın 135 yaşı var. Bu Rusiyadan kənarda yerləşən ən qədim rus teatrıdır. 135 il ərzində bu teatr Latviya mədəniyyəti ilə ahəngdə olub.”

Ukraynada olduğu kimi, Baltikyani ölkələrdə də xeyli sayda rus yaşayır. Onların əksəriyyəti Sovet İttifaqı dövrü bura köçüb. Müstəqilikdən sonra isə latviyalılar açıq şəkildə Sovet İttifaqını Faşist Almaniyası kimi işğalçı olmaqda ittiham edir.

“Yeganə fərq ondadır ki, almanlar üzr istəyiblər. Ölkəyə gələn almanlar buradakıları görəndən sonra peşman olduqlarını söyləyirlər. Amma, Rusiya yanlış bir şey etdiyi düşünmür.”

Sovet təzyiqi və burada yerləşdirilmiş silahlı qüvvələr yerli əhali arasında qorxu yaymaqla insanlara nəzarət edirdi. Tənqidçilər deyirlər ki, Rusiyanın etnik rusların müdafiəsi ritorikası onların Sovet taktikasına qayıtdığını nümayiş etdirir.

“Sovet işğalının tanınması və üzrxahlıq inam qazanmaq istiqamətində düzgün addım olardı.”

Müstəqillikdən sonra, Latviya mədəniyyətini bərpa etmək üçün bəzi qanunlar qəbul edilib. Məsələn, səs vermək və ya hökümətdə işləmək üçün vətəndaşlar Latış dilinindən imtahan verməlidirlər.

“Latviya və Estoniyada yaşayış standartları Rusiyadakından qat-qat yuxarıdır. Buradakı rusların yaşayış tərzi latış və estonlardan geri qalmır.”

“Latviya və Estoniyada yaşayış standartları Rusiyadakından qat-qat yuxarıdır. Buradakı rusların yaşayış tərzi latış və estonlardan geri qalmır.”

Lakin, Rusiya və buradakı rusdilli tənqidçilər bu qanunları ayrıseçkilik və Sovet keçmişinə görə cəza adlandırırlar.

“Bu, siyasi fəaliyyət üçün problemdir. Əslində bu bütöv Latviya cəmiyyəti üçün problemdir.”

Baxmayaraq ki, ruslar latviyalılarla eyni statusa malik deyillər, onlar əhalinin dördə birini təşkil edirlər.

“Ölkənin unikallığı və yerləşdiyi çoğrafiya uşaqlar üçün çoxlu seçim imkanı verir. Onlar gələcəkdə özlərini avropalı hesab edə bilərlər.”

Bütün tənqidlərə baxmayaraq, rusdilli latviyalılar gələcəyi Avropa Birliyində görürlər. Rusiya onlar üçün mədəniyyət və hörmət etmək istədikləri keçmişdir.

XS
SM
MD
LG