Accessibility links

Transparency İnternational: Hökumət Leyla və Arif Yunusu dərhal azad etməlidir


Arif və Leyla Yunus

Arif və Leyla Yunus

Transparency İnternational korrupsiyaya qarşı beynəlxalq mübarizə təşkilatı Azərbaycan hökumətini hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusu dərhal azad etməyə çağırıb.

Təşkilatın bəyanatında deyilir ki, beynəlxalq müşahidəçilər Bakıda “siyasi xarakter daşıyan” məhkəmə prosesi davam edərkən Leyla və Arifin vəziyyətinin ciddi şəkildə pisləşdiyini qeyd edir.

Leyla diabet, böyrək çatışmamazlığından əziyyət çəkir və ciddi qaraciyər xəstəliyi var. Lakin hakimiyyət onu adekvat müalicə göstərilməsi üçün xəstəxanaya yerləşdirməyə imkan vermir. Buna görə onun vəziyyəti kəskin şəkildə pisləşib.

Onun həyat yoldaşı hipertoniyadan əziyət çəkir.

“Transparency International hesab edir ki, beynəlxalq standartlara cavab verən ədalətli məhkəmə üçün şərait olmaması fonunda onlar hər ikisi humanitar səbəblərdən azad edilməlidir”, bəyanatda qeyd edilir.

Avropa və Mərkəzi Asiya üzrə regional direktor Ann Koç bununla əlaqədar bildirib:

“Hökumət Avropa İnsan Hüquqları Konvensiyasına sadiqliyini nümayiş etdirməli və Leyla və Arif Yunusu dərhal azad etməlidir”.

XS
SM
MD
LG