Accessibility links

Qırmızı Xaç: "Liviyada əsl vətəndaş müharibəsi başlayıb."


Qırmızı Xaç: "Liviyada əsl vətəndaş müharibəsi başlayıb."
Qırmızı Xaç: "Liviyada əsl vətəndaş müharibəsi başlayıb."

Ziddiyyətli mənbələr şəhərin müxalifət və ya Qəzzafi qüvvələrinin əlində olduğu barədə qeyri dəqiq məlumatlar verirlər

Qırmizi Xaç Beynəlxalq Komissiyanın rəhbəri bildirib ki, Liviyada əsl vətəndaş müharibəsi başlayıb. Şərqdə həkimlər yaralananların sayının kəskin şəkildə artdığını müşahidə ediblər.

Qırmızı Xaçın prezidenti Jacob Kellenberger bu gün deyib ki, yardım təşkilatının Tripoli də daxil olmaqla qərb ərazilərinə girişi dayandırılıb. Eyni zamanda Liviyanın qərbi üsyançılarla Liviya prezidentinə sadiq qüvvələr arasında gedən toqquşmalar nəticəsində ciddi dağıntıya məruz qalıb.

Toqquşma müxalifət qüvvələrinin ön cəbhə xətti olan şərqi neft liman şəhəri, Ras Lanufda intensivləşib. Bu gün Qəzzafinin tərəfdarları şəhərə hava zərbələri endirib. Frans Press xəbər agentliyi bildirir ki, onlarla maşında üsyançıların bəziləri şəhəri tərk ediblər.

Tripoli yaxınlığında Zaviya şəhərinin sakinləri gecə baş verən şiddətli toqquşmalardan sonra şəhərə sükut çökdüyünü deyiblər. Ziddiyyətli mənbələr şəhərin müxalifət və ya Qəzzafi qüvvələrinin əlində olduğu barədə qeyri dəqiq məlumatlar verirlər.

XS
SM
MD
LG