Accessibility links

NATO Liviyaya müdaxilə etməyi planlaşdırmır


NATO Liviyaya müdaxilə etməyi planlaşdırmır
NATO Liviyaya müdaxilə etməyi planlaşdırmır

NATO-nun Baş katibi general Anders Foq Rasmussen deyib ki, alyans hələlik Liviyaya müdaxilə etməyi düşünmür, lakin hadisələr inkişaf etdikdə düşünülmüş plan üzərində işləyir. Bu gün Brüsseldə danışan Rasmussen bildirib ki, Liviya lideri Müəmmar Qəzzafinin qüvvələri sistematik olaraq əhaliyə hücum etməyə davam etsə, BMT və beynəlxalq ictimiayyətin sakit durması çətin olacaq. Rasmussenin sözlərinə görə, Liviya üzərindən uçuşa qadaga zonasının yaradılması geniş hərbi əməliyyatların aparılmasını çətinləşdirə bilər. Britaniyanın Xarici İşlər naziri Vilyam Heyq bildirib ki, London tərəfdaşlarla gözlənilməz hallar üçün uçuşa qadağa zonası ilə bağlı BMT qətnamə layihəsi üzərində işləyir. ABŞ Müdafiə naziri Robert Geyts deyib ki, Liviyaya qarşı hərbi əməliyyat beynəlxalq sanksiyaların nəticə olmalıdır. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrod bu gün çıxışı zamanı Moskvanın Liviyaya qarşı hərbi müdaxilənin əleyhinə olduğunu deyib.

XS
SM
MD
LG