Accessibility links

Livanda baş nazir postuna namizəd ABŞ-la yaxşı əlaqələr saxlayacağını deyir


Livanda baş nazir postuna namizəd ABŞ-la yaxşı əlaqələr saxlayacağını deyir
Livanda baş nazir postuna namizəd ABŞ-la yaxşı əlaqələr saxlayacağını deyir

Livanda Hezbullahın dəstəklədiyi baş nazir postuna namizəd ABŞ-la yaxşı əlaqələr quracağına söz verib. O, habelə sabiq hökumətin dağılması ilə nəticələnən BMT tribunalının təhqiqatı ilə əməkdaşlıq edəcəyini bildirib. Baş nazirliyə namizəd Nacib Mikati deyib ki, onun hökuməti beynəlxalq ictimaiyyət və bütün ərəb millətləri ilə yaxşı əlaqələr saxlayacaq. O, bəyan edib ki, Livanın kimləsə düşmənçilik etmək imkanı yoxdur. Cənab Mikati tribunalın işini tənqid ertməkdə böyük təzyiqlərlə üzləşir. Ötən həftə açıqlanmış gizli ittihamnamədə Hezbullah üzvləri 2005-ci ildə sabiq baş nazir Rafiq Həririnin qətlində günahlandırılır.

XS
SM
MD
LG