Accessibility links

Livanda nüfuzlu ruhani lider vəfat edib


Ayətulla Fədlallah Hizbullahın mənəvi lideri kimi tanınaraq İraq və Livanda böyük nüfuza malik olub

Livanın ali şiə ruhanisi uzun sürən xəstəlikdən sonra 75 yaşında dünyasını dəyişib. Ayətulla Məhəmməd Hüsseyn Fədlallah cümə günü daxili qanaxma səbəbilə xəstəxanaya aparılmış və bu gün ölmüşdür. O, xütbə oxuduğu Həsəneyn məscidi qarşısında dəfn ediləcək. Ayətulla Fədlallah Hizbullahın mənəvi lideri kimi tanınaraq İraq və Livanda böyük nüfuza malik olub. Lakin sonradan o, İranla Hezbullah arasındakı ideoloji təmaslardan özünü uzaqlaşdırdı. O, hazırda İraq baş naziri olan Nuri əl-Malikinin rəhbərlik etdiyi Dava partiyasının qurucularındandır. Habelə, ayətulla Fədlallah dini dairələrdə, ələlxüsus qadınlara gəldikdə, mötədil sosial baxışlarına görə tanınırdı.

XS
SM
MD
LG