Accessibility links

Mühacirlərin ümumi sayı 5 mini ötüb

İtaliya Sahil Təhlükəsizliyi xidmətinin üzvləri Liviya sularında aşan qayıqdakı 144 mühaciri xilas ediblər. Onların cümə günündən bəri xilas etdiyi insanların ümumi sayı 5 mindən çoxdur.

Aşan qayıq Liviya sahilindən təxminən 129 kilometr uzaqlıqda tapılıb.

Xilasedicilər dənizdə xilas edilən mühacirlərdən başqa qayıqda digər insanların olub-olmadığıbı müəyyən edə bilməyiblər.

Mühacirlərin milliyətləri məlum deyil.

Sahil Təhlükəsizliyi xidməti cümə günündən başlayaraq üç gün ərzində 5 min 629 mühacirin xilas olunduğunu bildirib.

XS
SM
MD
LG