Accessibility links

BMT Mərakeşdə Liviyanın rəqib hökumət rəsmiləri ilə sülh danışıqları keçirir


BMT bazar ertəsi Mərakeşdə Liviyanın rəqib hökumət rəsmiləri ilə sonuncu raund sülh danışıqları keçirir. BMT rəsmiləri danışıqların həlledici olacağına inandıqlarını ifadə edib.

BMT-nin Liviyadakı missiyası iki fraksiyanı birləşdirərək vahid hökumətin yaradılması üçün çox hissəli plan, həmçinin yeni Konstitusiya və seçkilərin keçirilməsi üçün planlar təklif edir.

Danışıqlar əsnasında hərtərəfli nəzərdən keçirilmiş plan müzakirə ediləcək.

Liviyada beynəlxalq səviyyədə tanınmış hökumətlə müttəfiq döyüşçülər və paytaxt xaricində qərərgahlanan yarı-hərbi qüvvələrin dəstəklədiyi hökumət qüvvələri və İslam Dövləti qrupu ilə əlaqəli olan yaraqlılar arasında zorakılıqlar qeydə alınıb.

Ölkədə 2011-ci ildə uzun zaman ölkəni idarə edən diktator Müəmmar Qəzzafi hakimiyyətdən devrilərək öldürüldükdən sonra yaranmış siyasi qeyri-sabitlik bugünədək davam edir.

XS
SM
MD
LG