Accessibility links

Liviyada silahlı qarşıdurma


Bengazidə gərginlik artmaqdadır

Liviya rəsmiləri xüsusi təyinatlılarla bir neçə hərbi obyektə basqın edən silahlı fəallar arasında qarşıdurma zamanı 6 əsgərin həlak olduğunu bildirib.

Toqquşma bu gün Benqazidə baş verib. İnsidentin məsuliyyətini heç kəs öz üzərinə götürməyib.

Ancaq keçən həftə etirazçılarla hökumətlə əlaqəli silahlılar arasında qarşıdurmanın 31 nəfərin həyatına son qoymasından sonra Bengazidə gərginlik artıb.

Toqquşma nümayişçilərin İslamçılar tərəfindən istifadə olunan bazaya basqınından sonra baş verib. Hökumətin maliyyələşdirdiyi başa regionda təhlükəsizliyə nəzarət edir.
XS
SM
MD
LG