Accessibility links

London rəsmiləri hücuma "terror aktı" kimi baxır


Hücumçu və polis zabiti daxil olmaqla Britaniya Parlamenti binası yaxınlığında baş verən hücumda azı 5 adam həlak olub. Rəsmilər baş vermiş insidenti terror aktı kimi qiymətləndirir.

Hücumçu polis zabitini bıçaqladıqdan sonra parlament binası bağlanmışdı. Daha sonra hücumçu polis zabitləri tərəfindən Parlament ərazisində güllələnib.

Biz hücumçunun kim olduğunu bildiyimizi zənn edirirk.

Bundan öncə Vestminister Körpüsündə maşın sürən hücumçu maşınla bir neçə adamı vurmuşdu.

London Metropolitan Polis Xidmətlərinin əks-terrorizm üzrə rəisi Mark Rouli Parlamentin artıq qapalı olmadığını və cümə axşamından başlanaraq fəaliyyətini davam etdirəcəyini bildirib.

“Biz hücumçunun kim olduğunu bildiyimizi zənn edirirk,” Rouli bildirib. Polis rəsmiləri hücumçunun beynəlxalq terror hücumlarından ilham aldığına inanır.

Bununla belə istintaq davam edirkən rəsmilər hücumçunun adını açıqlamadaqdan imtina edirlər. Polis rəsmiləri habelə hücumda xarici vətəndaşların olub-olmadığını, hansısa xarici ölkə rəsmiləri ilə əlaqə saxlanılıb-saxlanılmadığını deməkdən boyun qaçırıblar.

Vestminister Körpüsündə baş vermiş silahlı insident nəticəsində qadın yaralı halda yerdə uzanıb. London, 22 mart, 2017.
Vestminister Körpüsündə baş vermiş silahlı insident nəticəsində qadın yaralı halda yerdə uzanıb. London, 22 mart, 2017.

Hücum nəticəsində ölən polis zabiti 48 yaşlı Kit Palmerdir. 15 il mühafizə xidmətində çalışan Palmer ailə başçısıdır.

Rəsmilər hücumda azı 5 adamın öldüyünü, 40-a yaxın adamın yaralandığını xəbər verirlər. İki polis zabitinin ağır yaralandığı xəbər verilir.

Rouli Britaniyada beynəlxalq terror təhlükəsi səviyyəsinin dəyişdirilməyəcəyini deyib, ancaq əlavə edib ki, izdihamlı yerlərdə polis nəzarəti gücləndiriləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG