Accessibility links

Hollivud və tələbə rejissorlar [Video]


Hollivud – Los Ancelesin bir hissəsi olan bu bölgə dünyanın kino biznesinin paytaxtıdır. Çox sayda rejissorun arzusu Hollivudda özünə yer almaqdır.

Los-Ancelesdəki Kaliforniya Universitetinin tələbələri 2009-cu ildə Ceyms Kameronun hit olan Avatar filmində olduğu kimi film çəkilişinin texnikalarını öyrənməyə çalışırlar.

Universitet məzunu, Çinin Şandonq vilayətindən gəlmiş Ayvi Lin öz filmini başa çatdırmaq üzrədir. Onun filmi Çin mətbəxi haqdadır. O, bu filmin gələcək karyerasına hazırlıq olduğunu deyir. “Mən bu filmimlə əsasən ABŞ və Çin arasında gələcəkdə film istehsalının və marketinqin əsasını qoyacağıma ümid edirəm.”

Ayvi Lin filmini başa çatdırmaq üçün İnternet vasitəsilə müraciət edib və ona öz filmini başa çatdıran pekinli tələbə Melinda Pen yardım edib. Melinda Pen deyir ki, Iron-Man 3 də daxil edilməklə, Çinlə Birləşmiş Ştatlar birlikdə çox film çəkiblər. “Fikrimcə elmi-fantastik filmlər daha populyardır, çünki bu filmlərdə texniki yeniliklərdən çox istifadə edilir və belə filmlər Çində də ən gəlirli filmlər sırasına çıxır. Lakin mən ürəyə yatan və təsirli hekayələri sevirəm.”

Melinda Panın filmi Birləşmiş Ştatlardakı daşınmaz əmlak satıcısı və ağır xasiyyətli çinli alıcı barədədir. Melinda rejissor kimi həm Çində həm də Birləşmiş Ştatlarda çalışmaq istəyir.

Professor Bridcit Morneyn kolleclərdə və Los-Ancelesin digər universitetlərində tələbələrə rəqəmsal medianın yeniliklərinin öyrədildiyini və xarici tələbələrin filmlərinə diqqət yetirildiyini deyir. “Onlar gəlib televiziyada işləmək və film çəkmək istəyirlər. Bunun üçün isə ən münasib yer Los-Ancelesdir.”

Xarici tələbələrin yataqxanasında filmləri ilə diqqəti cəlb edən tələbələrdən biri də Hindistandan olan Nidhin Pateldir. “Tələbə yoldaşlarınla, dostlarınla birlikdə öyrənmənin ikinci bir mərhələsi var ki, bu sənə mədəniyyətləri araşdırmaq imkanı verir. Bu sənin boş vaxtında baş verir.”

O, bu kreativ münasibətlər sayəsində beynəlxalq kino sənayesində özünə karyera quracağına ümid edir.
XS
SM
MD
LG