Accessibility links

Madrid Klubu İran müxalifət liderlərinin taleyindən narahatdır


Madrid Klubu İran müxalifət liderlərinin taleyindən narahatdır
Madrid Klubu İran müxalifət liderlərinin taleyindən narahatdır

Madrid Klubunda hazırda dünyanın 56 ölkəsindən 79 nəfər təmsil olunur. Onların arasında BMT-nin keçmiş baş katibi Koffi Annan, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Cimmi Karter, Almaniyanın keçmiş kansleri Helmut Kol da var.

Madrid Klubunun üzvü olan keçmiş dövlət və hökumət başçılarından 8 nəfəri İran İslam Respublikasının dini rəhbəri ayətullah Əli Xamneyiyə açıq məktub yazaraq müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin taleyindən narahat olduqlarını bildiriblər.

Açıq məktubu bu şəxslər imzalayıb: Hollandiyanın keçmiş baş naziri Viliam Kuk, Kolumbiyanın keçmiş prezidenti Qaviria Sezar, Fransanın keçmiş baş naziri Lionel Jospen, Yəmənin keçmiş baş naziri Əbdülkərim əl-Eryani, Latviyanın keçmiş baş naziri Valdis Birkaus, Norveçin kemiş baş naziri Kegel Mayni Bundik, Sri-Lankanın keçmiş baş naziri Çandrika Kumaratunqa və Morris Respublikasının keçmiş prezidenti Ksame Otim.

Madrid Klubunda hazırda dünyanın 56 ölkəsindən 79 nəfər təmsil olunur. Onların arasında BMT-nin keçmiş baş katibi Koffi Annan, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Cimmi Karter, Almaniyanın keçmiş kansleri Helmut Kol da var.

“Media forum” saytının məlumatına görə, ayətullah Xamneyiyə yazılan açıq məktubda ev dustağı edilən, sonradan xariclə bütün əlaqələri kəsilən və nəhayət, bilinməz yerdə həbsə salınan Musəvi və Kərrubiyə qarşı bu rəftar “adam oğurluğu” kimi qiymətləndirilir: “Qanunu açıq-aşkar pozan bu cür rəftarlar Sizin tam nəzarətinizdə olan qurumları etibardan salır. Bunun isə məsuliyyəti Sizin üzərinizdədir. İran rəsmilərindən heç biri bu adam oğurluqlarını və Musəvi ilə Kərrubiyə qarşı yönəldilən təhdidləri öz üzərinə götürmədiyinə görə, biz onların taleyindən ciddi narahat olduğumuzu bildiririk. Biz Sizdən tələb edirik ki, bu şəxslərin və onların ailələrinin hüquqlarını özlərinə qaytarasınız. Söhbət ölkənizin konstitusiyasında əksini tapan hüquqlardan gedir”.

XS
SM
MD
LG