Accessibility links

Mahmud Bilgin: Gündə bir milli fəalımızı tuturlar [Video-müsahibə]


Güney Azərbaycan Demokrat partiyasının sözçüsü Mahmud Bilgin bu günlər Vaşinqtonda ABŞ Konqresində və paytaxtın araşdırma mərkəzlərində bir sıra görüşlər keçirib. Bu görüşlər zamanı İran Azərbaycanında siyasi məhbusların durumu, Azərbaycan türklərinin hüquqlarının müdafiəsi məsələləri müzakirə edilib. Mahmud Bilgin Amerikanın Səsinin “Amerika icmalı” proqramında bu Vaşinqtonda keçirdiyi görüşlər, “Türk bölgələri fraksiyası” və güneyli fəalların aclıq aksiyasında danışıb.

Vaşinqtonda olduğu müddətdə Mahmud Bilgin Konqresdə demokrat və respublikaçı qanunvericilərlə İran Azərbaycanında bugünkü durumla bağlı müzakirələr apardığını deyib. Onun sözlərinə görə, bir sıra konqresmenlər azərbaycanlıların hüquqlarının pozulması, ana dilində təhsilin olmaması, hökumətin Urmiyə gölündə yaranmış ekoloji problemi həll etməməsi haqda məlumatları həyəcan və narahatlıqla qarşılayıb. “Bizim əsas istəyimiz bu olub ki, biz İran tərəfindən dünya səviyyəsində boykot olunmuşuq. Rica edirik ki, ya bizə bir dinləmə komissiyasında imkan yaratsınlar biz birbaşa konqresmenlər və senatorlarla sözlərimizi paylaşaq, ya da bunlar bizim sözçümüz kimi Konqresdə danışsınlar.”

Bunların maraqları bu məsələyə qayıdır ki, sizin belə bir gücünüz varsa, İranın gələcəyində hansı rol oynaya bilərsiniz və sizin İranın gələcəyi ilə bağlı istəyiniz nədir? Yəni siz ayrılmaq istəyirinismi, federalizm istəyirsinizmi və nə perspektiviniz var? Habelə Ruhani hakimiyyətini necə görürsünüz?

Mahmud Bilgin konqresmenlərin İranda azərbaycanlıların durumu ilə bağlı əlavə məlumat almaq istədiklərini ifadə ediblər. “Biz Güney Azərbaycan haqqında bir dərgi hazırladıq. Millətimizin tarixindən, varlığından, insan haqlarının illər boyu tapdandığından, Urmu gölünün məsələsindən, eyni zamanda, milli hərəkatımızın şəhidləri və məhbusları haqqında bilgiləri verəndə bunların maraqları bu məsələyə qayıdır ki, sizin belə bir gücünüz varsa, İranın gələcəyində hansı rol oynaya bilərsiniz və sizin İranın gələcəyi ilə bağlı istəyiniz nədir? Yəni siz ayrılmaq istəyirinismi, federalizm istəyirsinizmi və nə perspektiviniz var? Habelə Ruhani hakimiyyətini necə görürsünüz? Həmişə də bir sual bu olur ki, Azərbaycan hakimiyyəti və Türkiyənin sizinlə münasibətləri necədir, sizə yardımçı olurlar, ya olmurlar? Sonra da kürdlərlə probleminiz varmı, ya yox? Bölgəni tanıyan bəziləri soruşularlar. Nəhayət bizdən faktlı dəlilər istəyirlər.”

Mahmud Bilgin ABŞ-da yeni administrasiyanın İranla bağlı daha sərt mövqe tutması ilə İran azəraycanlılar üçün əlverişçi məqamın yarana biləcəyini düşündüyünü deyib. “Biz bu durumdan faydalana biləcəyimizə ümid edirik ki, daha aktiv münasiblətlərimiz ola və millətimizin dərdlərini daha çox paylaşaq. İndi hər məsələ bölgənin daxilində həll olunmur. Böyük güclərin bir millətin gələcəyinə təsirləri olub. Amma biz hər zaman bunu deyirik ki, biz istəmirik ki, bizim torpağımıza bir dövlət hücum edə və orada bizim millətimizin qanı tökülə. Bizim millət mədəni bir millətdir. Bizim millət o səviyyədədir ki, dərdlərini sandıqlarla həll eliyə bilər."

Güneyli fəalın sözlərinə görə, amerikalı qanunvericilər İranda insan hüquqları məsələsinin gündəmə çıxarması olduqca önəmlidir. “Konresmen Stiv Kinq açıq dedi ki, nüvə məsələsi bir yana, sizin bu insan haqları, etnik məsələ də bir tərəfə. Yəni bu çox önəmli olduğu üçün biz bunun üzərində də çalışmalıyıq.”

Konresmen Stiv Kinq açıq dedi ki, nüvə məsələsi bir yana, sizin bu insan haqları, etnik məsələ də bir tərəfə. Yəni bu çox önəmli olduğu üçün biz bunun üzərində də çalışmalıyıq

Mahmud Bilgin İran parlamentində 100 millət vəkilinin daxil olduğu “Türk bölgələri fraksiyası”nın yaradılması məsələsinə də münasibət bildirib. “Baxmayaraq ki, milli hərəkatda bu seçimlərə o qədər sıcaq baxmırdılar, amma 100-dən çox türk məclisdə yer almışdı, 100-ü yığılıb bu fraksiyanı yaratmışdı.

Başqa yerlərdən, Tehrandan bəzi türk millət vəkilləri qatılmayıblar fraksiyaya. Amma buna baxmayaraq belə bir fraksiya yarandı. Burada iki baxış var. Biri budur ki, bu, aşağıdan, yəni bizim millətin gücünün nəticəsində millət vəkilləri bunu yaradıblar. Biri də budur ki, İran hakimiyyətində gələcəyi analiz edirlər və görürlər ki, Suriyada, İraqda, Yəməndə gedən hadisələr etniklər məsələsi ilə bağlı gedir. Güney Azərbaycanı milli hərəkatı da güclü bir hərəkat olduğu üçün İranı gələcəkdə siyasi baxımdan problemlərlə qarşı-qarşı qoya bilər. Bunlar buna nəzarət etməkdən ötrü bunu yaradırlar ki, milli hərəkatın sözçüsü olsunlar. Amma milli hərəkatın sözçüsü olmaq milli hərəkatın dərdlərini analiz edib onları dilə gətirib, onları yerinə yetirmək deməkdir.”

Mahmud Bilgin “Türk bölgələri fraksiyası”nın yaradılmasın milli hərəkat üçün faydalı olduğunu hesab edir. “Bunlar indiyə kimi deyirdilər ki, siz azərisiz. Biz azəri deyilik, biz türkük, biz Azərbaycan türküyük. İkincisi, deyirdilər ki, siz 10 miyonsunuz, 5 milyonsunuz. Özləri göstərdilər ki, orada elə İranda 40 faiz türk var. Parlamentdə elə 289-dan 100-dən çoxu türkdür, 18-i ərəbdir, kürddür və s. Bu onu göstərir ki, qeyri-fars millətlərin toplumu 70 faiz, farslar 30 faizdir. Bunlar 30 faizi indiyə kimi deyirdilər biz 51 faizik. Bunların bu dedilərində də ziddiyyət var.

Bunlar indiyə kimi deyirdilər ki, siz azərisiz. Biz azəri deyilik, biz türkük, biz Azərbaycan türküyük. İkincisi, deyirdilər ki, siz 10 miyonsunuz, 5 milyonsunuz. Özləri göstərdilər ki, orada elə İranda 40 faiz türk var.

Mahmud Bilgin milli hərəkata nəzarət məsələsinə şübhə il yanaşdığını bildirib. “Bizim dərdlərimiz nədir? Bizim dilimiz rəsmi olsun, bizim öz əlimiz, öz başımız olsun öz ölkəmizdə, Urmu gölümüz qurumasın, siyasi məhbuslarımız olmasın, millətimizə ikinci zülm olunmasın, millətimiz başqa bölgəyə gedib işləməsin. Biz başı uca böyük bir millətik. Biz nə üçün farslarla, başqaları ilə eyni haqlarda olmayaq?

Əgər bu problemləri qabağa apara bilsələr, bunların ardınca getsələr milli hərəkatın sözçüsü ola bilərlər. Amma mən şəkk edirəm. İndi görürsünüz ki, bizim zindanda nə qədər milli fəallarımız var. Heç biri üçün səslərini çıxarmırlar. Urmu gölü ilə bağlı, dilimizin rəsmi olması ilə bağlı. Fəqət o siyasi hərəkat kimi çalışırlar ki, gələcək seçkilərdə yenidən səs ala bilsinlər. Mən məsələyə belə baxıram.”

Millətimizin göz bəbəkləri, doğrudan da millətimizin sözçüsü olmaq üçün canlarını birbaşa bu yolda qoyan insanların həyatlarının bu təhlükədə olması bizdə çox əndişə yaradır.

Mahmud Bilgin həbsdə olan milli fəalların durumundan danışıb. O, yeddi həftədir aclıq aksiyasını davam etdirən Murteza Muradpurun vəziyyətini xüsusi qeyd edib. “Murteza Muradpur 44-cü gündür aclıq aksiyası keçirir, çox ağır bir durumdadır, ailəsi çox pırişandır, hamı onun durumundan nigarandır. Bunun həbs müddəti bitib, onu buraxmırlar. Onu rəsmən gərək buraxalar, azad edələr. Onun müddətinin bitməsinə baxmayaraq, onu saxlamağa davam edirlər. Ona görə də bizim bu acınacaqlı durumumuzdur ki, millətimizin göz bəbəkləri, doğrudan da millətimiz sözçüsü olmaq üçün canlarını birbaşa bu yolda qoyan insanların həyatlarının bu təhlükədə olması bizdə çox əndişə yaradır. Biz çox nigaranıq bu məsələdən. Arzu edirik ki, bunlar tezliklə azad olsunlar. Amma bu bir siyasi mücadilədir. Bunları buraxandan sonra sabah başqalarını tutacaqlar. Bizdə rəqəmlər var. Güney Azərbaycan haqda ingilis dilində bdərgi nəşr etmişik. 2008-ci ildən 2016-cı ilə qədər ildə nə qədər adam tuturlar onları yazmışıq. Gündə bir nəfəri Azərbaycanda tuturlar Güney Azərbaycan Milli Hərəkatından.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG