Accessibility links

GAMOH lideri İranda prezident seçkiləri ilə bağlı xalqa müraciət edib

ABŞ-da mühacir həyatı yaşayan, Güney Azərbaycan Milli Oyanış Hərəkatının liderləri Mahmudəli Çöhrəqanlı İranda bir neçə gün sonra keçiriləcək seçkilərlə bağlı xalqa video müraciət edib. AzNews.az-ın məlumatına görə, cənab Çöhrəqanlı seçkilərlə bağlı mövqeyini açıqlayıb:


“Bu rejim antihumanitar, antidemokrat, qəddar və zalım rejimdir. 77 milyon insan, eləcə də millətlər yüzlərlə əsgər və ETTELAAT komandanlarının, müctehidlərin əlindədir. Bu rejimə dərs verməyin zamanı gəlib. Belə dərs meydanlarının biri də seçkidir. İran rəsmiləri deyir ki, hər bir səs İran İslam Respublikası düşmənlərinin gözünə bir oxdur. Əgər millət səsverməyə gedirsə, bu rejimə karyera, qüdrət verir, onun mövcudluğunu saxlamağa çalışır. Bu rejimlə mübarizə edən hərəkatçılarımızın kürəyindən xəncər vurur. Bu seçkilərdə iştirak etməməliyik”.

İranda şəhər şuralarına keçiriləcək seçkilərlə bağlı da mövqeyini açıqlayan doktor Çöhrəqanlı bildirib: “Azərbaycan böyük bir yurdur, 300 min kv kilometr ərazimiz var. Bu ərazinin böyük əksəriyyəti yüzdə yüz Azərbaycan türkünün yurdudur, qalanlarına İran və İraqdan çox sayda kürdlər köçürülüb. Güney Azərbaycanın 16 şəhərinin 8-də əhalinin bəzən hətta 35 faizi mühacir kürdlərdən ibarətdir. Urmiyədə 1 milyon insandan 300 minə yaxını mühacir kürdlərdir. Urmiyə Azərbaycanın ən qədim, tarixi, milli şəhərlərindən biridir. Amma bu gün kürdlər dünyada onu kürd şəhəri kimi tanıtmağa çalışır. Bu şəhərin köçkün siyasi kürdləri şəhər şurasina seçkidə 5 namizəd verir və onları seçirlər. Bizdə isə 10-15 namizəd verilir və səslər parçalanır. Nəticədə bizim səslər parçalandığına görə kürdlər seçilir. Urmiyə Şəhər Şurasının 8 üzvündən 5-i kürddür. Biz buna imkan verməməliyik”.

“Vətən milli namusdur. Biz namuslu olduğumuzu sübut etmək üçün vətənimizə sahib çıxmalıyıq. Ona görə də meydanda olmalıyıq. Prezident seçkilərini baykot etməliyik, çünki namizədlər arasında normalı yoxdur. Düşünürəm ki, Azərbaycan bu seçkilərdə rejimə ağır dərs verəcək. Şəhər şuralarına seçkilərdə də əhalisinin böyük əksəriyyəti Azərbaycan türklərindən ibarət olan bölgələrdə baykot qərarı qüvvədə qalmalıdır. Gələcək bizimdir. Yaşasın Bütöv Azərbaycan!”
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG