Accessibility links

Mahmudəli Çöhrəqanlı: Yeni administrasiyadan hüquqlarımızı dəstəkləməsini istəyirik


Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatı prezident Donald Trampa ünvanldığı məktubda ABŞ-ın yeni administrasiyasından İranda insan haqları sahəsində pozuntulara diqqət yetirməsini istəyib. Ağ Ev hələlik məktuba rəsmi cavab verməyib, lakin GAMOH-un lideri Mahmudəli Çöhrəqanlı Tramp administrasiyasının İranla bağlı daha sərt mövqe nümayiş etdiriləcəyinə inandığını deyib. Mahmudəli Çöhrəqanlı Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə prezident Trampa məktub, ABŞ-ın yeni administrasiyasından gözləntilərdən danışıb.

GAMOH-un lideri deyib ki, prezident Trampa ünvanlanmış məktubda ABŞ-ın bölgədəki siyasətinə, demokratiya və insan haqlarının müdafiəsinə dəstək bildirilib və eyni zamanda, İranda etnik azlıqların problemlərinə diqqət verilməsi istənilib.

Mahmudəli Çöhrəqanlı deyib ki, keçmiş prezident Barak Obama İranla qarşıdirmadurmaya yol verməyib barış yolu tutmağa çalışıb. Lakin onun fikrincə, Tehran rejiminin beynəlxalq normalara riayət etməsinə nail olmaq üçün daha sərt siyasətin yürüdülməsinə ehtiyac var.

“İndi Amerikada hakimiyyətə gəlmiş Tramp hökumətini ciddi görürəm, qətiyyətli görürəm və başlayıblar da, İran buna diqqət yetirməlidir, çəkilməlidir öz sərhədləri və sınırlarına və öz millətinin ağır durumuna yetişməlidir. Bölgə ölkələrinin daxili işlərinə müdaxilə etməkdən əl çəkməlidir.”

Mahmudəli Çöhrəqanlı iqtisadi sanksiyaların əhəmiyyətini vurğulayıb. “Məncə, iqtisadi sanksiyalar, təzyiqlər və məhdudiyyətlərlə İranı öz haqqı olan yerinə qaytarmaq olar və qüvvədə olan demokratik və hüquq prinsiplərinə riayət etməyə məcbur etdirmək olar.”

XS
SM
MD
LG