Accessibility links

Adolf Hitlerin “Mein Kampf” kitabı yenidən çap edilməyə başlayıb [Video]


Müəllif hüquqları keçən il sona çatan Hitlerin yarı-avtobioqrafik “Mein Kampf” və ya “Mənim mübarizəm” adlı kitabının nüsxəsi yenidən çap edilərək, bu həftə Almaniyada və başqa ölkələrdə satışa çıxarılır. Hitlerin bu anti-semit manifestinin 70 ildən sonra yenidən çapı müzakirələrə səbəb olub.

945-ci ildən bəri Almaniyanın Bavariya əyaləti faşizmin qurbanlarına ehtiram olaraq, Hitlerin kitabının çapına qadağa qoymuşdu. Lakin yanvar ayının 1-dən bəri kitabın nəşrinə icarə verildi və bir neçə nəşriyyat satışa çıxarmaq üçün kitabı yenidən nəşr etməyə başladı.

Yəhudi icmaları bu kitabın bəladan ilham aldığını deyirlər. Almaniyadakı İsraillilər İcmasının üzvü Şarlott Knobloç: “Mən “Mein Kampf”in kitab mağazalarının rəflərində olmasını belə təsəvvür edə bilmirəm. Mən fitva verəcək bu addımın qarşısının alınacağına ümid edirəm.”

Kitab Almaniyada qadağan edilməyib, lakin bunu qadağan etmək istəyənlər var. “Müəllif hüquqlarına görə kitabın nəşrinə qadağa qoymaq o qədər də asan deyil. Lakin nifrət zəminində hər bir cinayətin qarşısı alınmalıdır. Bu, gələcəkdəsistematik bir hal ala bilər" deyə Almaniyanın ədliyyə naziri Heiko Maas bildirir.

Bunun ən yaxşı yolu 800 səhifəlik bu kitabın mif halından çıxarılmasıdır. Almaniyalı mühəndis Timo Şirleyn: “”Mein Kampf” müqəddəs kitab kimi oxunmamalıdır. Bu kitabda yazılanlar sosioloqlar və tartixçilərin kontekstində olmalıdır. Biz bunu belə etməliyik və bu, məsələn, mühacirlərə qarşı olan “Prgida” qrupunun bu kitabdan ilham aldığı kimi, ictimaiyyətə mənfi təsir göstərməməlidir”.

Hitlerin kitabına Avstriya və Hollandiya da daxil edilməklə, bir neçə ölkədə qadağa qoyulub. İsraildə də qadağa qoyulan bu kitabın yalnız kiçik hissələrindən tədrisdə istifadəyə icazə verilir. İsrailin bəzi alimləri isə bu kitabın tam versiyasına ehtiyac olduğunu deyir. “”Mein Kampf” lazımlı kitabdır, çünki Hitler bu kitabı yazmaq və öz fikirlərini ifadə etmək üçün çox vaxt sərf edib. Burada onun həyata keçirdiyi və həyata keçirə bimədiyi ideyaları var. Lakin onun həyata keçirə bilmədiyi ideyalarını öyrəndikdə onun hansı şəraitdə yaşadığını bilə bilərsən.” deyə, "Yad Vaşem Holokost Araşdırmalar İnstitutu"ndan Den Miçman bildirir.

İsraillilərin çoxu buna birmənalı yanaşmır. Qüds sakini Ayo Openheymer: “Mürəkkəb məsələdir. Bir tərəfdən mən içərisində yazılanları nəzərə alaraq, “Mein Kampf” kitabının dünyada yayılmasını istəməzdim, digər tərəfdən isə bunu nəzarətdə saxlamaq mümkün deyil. Buna görə də nə edəcəyimizdən əmin deyiləm.”

“Main Kampf” Hitlerin ideologiyası və onun milli sosializm siyasətindən danışır. O bu kitabı Münhendə həyata keçirmək istədiyi çevrilişə görə 1923-cü ildə həbs edildikdən sonra Bavariya həbsxanasında yazıb.

XS
SM
MD
LG