Accessibility links

Minlərlə hökumət əleyhdarı Malayziyanın paytaxtına toplaşaraq baş nazir Nəcib Razakın istefasını tələb edir. Cənab Razakın milyardlarla dolların düzgün xərclənməməsi qalmaqalında hallanır.

Peru paytaxtı Limada Asiya-Sakit Okean sammitində iştirak edən Nəcibin iki il əvvəl baş qaldıran korrupsiyaya dair ittihamlarda hallanır. Belə ki, ittihamlara görə, onun təsis etdiyi 1MDB dövlət fondu borc içərisindədir. Fondun adı ABŞ və bir çox başqa ölkədə başladılan istintaqda hallanır.

Yanlış heç bir addım atmadığını bildirən Nəcib deyib ki, o, nümayişlərdən qorxmur.

Nümayişə sabiq baş nazir də qatılıb

"Sarı köynək" adlanan nümayişin iştirakçıları Kuala-Lumpurun mərkəzində yürüş keçirərək şüarlar səsləndiriblər. Onların qaldırdıqları plakatlarda "Malayziya Demokratiya Yaddaşlarda!" və "Kleptokratiyaya Yox!" şüarları yazılıb. Bəzi nümayişçilər isə zərb alətləri və vuvuzelalarla nümayişi daha səsli etməyə çalışıb.

Nəcibin istefasına çağıran sabiq baş nazir Mahathir Məhəmməd də nümayişə qatılaraq etirazçıların daha da canlanmasına səbəb olub.

Show comments

XS
SM
MD
LG