Accessibility links

Pakistanda silahlı şəxslər atəş açaraq Taliban əleyhinə danışan 14 yaşlı fəalı yaralayıb.

Məlalə Yusufzay bu gün Svat vadisində məktəb avtobusuna minərkən iki güllə ilə vurulub.

Hadisə zamanı Məlalədən başqa azı bir qız da yaralanıb. Şahidlər polisə silahlı şəxsin atəş açmazdan əvvəl məktəbə gələrək qızın yerini şagirdlərdən soruşduğunu deyib.

Həkim qızın yaralarının ölümcül olmadığını deyib.

Yusufzay Talibanın regiondakı vəhşiliklərini sənədləşdirdiyinə görə şərəfləndirilib.
XS
SM
MD
LG