Accessibility links

Malayziya laynerinin axtarışlarının daha çox vaxt alacağı ehtimal olunur


Avstraliya rəsmisi yoxa çıxmış Malayziya laynerinin axtarışlarının daha çox vaxt ala biləcəyi barədə xəbərdarlıq edib.

Xilasetmə dəstələri 3 həftədən artıqdır yoxa çıxan təyyarəni tapmaq səylərini davam etdirir.

Yeni birgə koordinasiya agentliyinə rəhbərlik edən sabiq müdafiə naziri Anqus Hyuston müxbirlərə bildirib ki, 10 hərbi təyyarə Hind okeanında İrlandiyanın sahəsi böyüklüyündə ərazidə axtarış apardığını deyib.

Hyuston indiyədək axtarış komandasının martın 8-i 239 sərnişinli laynerlə əlaqədar heç bir fakt aşkar edə bilmədiyini deyib.

Sabah Malayziyanın baş naziri Nəcib Razakın Avstraliyaya səfər edəcəyi gözlənilir.
XS
SM
MD
LG