Accessibility links

Avstraliya, Malayziya və Çinin yüksək rütbəli rəsmiləri martın 8-dən bəri yoxa çıxmış Malayziya laynerinin axtarışları istiqamətində növbəti mərhələni müzakirə etmək məqsədi ilə Avstraliyanın paytaxtı Kanberrada görüşüb.

Bugünkü görüşdə maliyyə, qurbanların ailələrinə qayğı, mütəxəssis və texniki məsələlərə dair tərəflərin mövqeləri müzakirə edilib.

239 sərnişin daşıyan MH370 laynerinin hava axtarışları rəsmi olaraq ötən həftənin əvvəli dayandırılıb. Hərbi təyyarə Hind okeanında laynerin qəzaya uğradığı ehtimal edilən ərazini tərk edib.

Avstraliyanın qərb sahilində okeanın dibinin şəklini çəkən robot sualtı qayıq növbəti bir neçə həftədə əlavə təchizatlarla təmin ediləcək.

Malayziya hökuməti aviasiya ilə tanış olan birinin qəsdən laynerin istiqamətini dəyişdiyini güman edir. Lakin təhqiqatlar nəticəsində inandırıcı bir dəlil əldə edilməyib.
XS
SM
MD
LG