Accessibility links

Bu matəm günlərinə qonşu Seneqal, Mavritaniya və Qvineya da qoşulub

Mali paytaxt Bamankoda lüks bir hoteldə 19 nəfərin ölümü ilə nəticələnən hücuma görə üç günlük matəm elan edib.

Qonşu Seneqal, Mavritaniya və Qvineya da bu matəm günlərini qeyd edir.

İki silahlı şəxs öldürülüb və Mali rəsmiləri hücumda əli olan digər şəxsin axtarışlarını davam etdirir.

Polis rəsmisi deyir ki, istintaqçılar 7 saat davam edən mühasirədən sonra bəzi sübutlar əldə edib.

Malinin şimalında fəaliyyət göstərən separatçı qrupun nümayəndəsi hücumun iyun ayında Bamakı höküməti ilə əldə edilən sülh razılaşmasını pozmaq cəhdi olduğunu deyib.

Hoteldə razılığı həyata keçirmək üçün son iclası keçiriləcəkdi.

İki Qərbi Afrika yaraqlı qrupu – İslam Məqrəbində Əl-Qaidə (AQİM) və onun bir qolu olan El Murabituni hücuma görə məsuliyyəti öz üzərinə götürüb. ABŞ-ın müdafiə rəsmisi AQİM-i əsas şübhəli adlandırıb.

Hücum zamanı 5 malili, 6 rus, 3 çinli, iki belçikalı, bir seneqallı, 1 israilli və 1 amerikalı qətlə yetirilib.

XS
SM
MD
LG