Accessibility links

Jurnalist azad buraxılıb


Məmməd Süleymanov
Məmməd Süleymanov

Avqustun 4-də jurnalist Məmməd Süleymanov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Orada bir saat yarımdan çox dindirildikdən sonra azad buraxılıb.

Məmməd Süleymanov Amerikanın Səsinə deyib ki, o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həyat yoldaşı ilə birgə dəvət edilib.

“Həyat yoldaşım ölkədə olmadığından mən tək getdim. Orada mənimlə söhbət etdilər və azad buraxdılar. Ola bilsin ki, yenə dəvət etsinlər. Amma, həyat yoldaşım daha dəvət edilməyəcək”,

Jurnalist hansı işlə bağlı və kim qismində onunla söhbət edildyi barədə məlumat verməyib. “İstintaq sirri olduğundan bu barədə heç nə deməyəcəm”, o qeyd edib.

Qeyri-rəsmi mənbələrin məlumatına görə, Süleymanov Facebook səhifəsində dərc etdiyi tənqidi statuslarına görə onunla söhbət aparılıb.

Maraqlıdır ki, Məmməd Süleymanovun tənqidi statusları olan facebook profili silinib. O Amerikanın Səsinə proflinin adında Çeqevara olduğu üçün bağlandığını bildirib və əvəzində yeni profil açıb.

Məmməd Süleymanov müxtəlif media orqanlarında dərc edilən tənqidi yazıları ilə tanınır.

Öz növbəsində, hüquq mühafizə orqanları jurnalistin polisə dəvəti ilə bağlı hər hansı şərh verməyib.

XS
SM
MD
LG