Accessibility links

Azərbaycan İrana narahatlığını bildirib


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov

Nazir Azərbaycan Xarici İşlər Nazirliyinin İran tərəfinə beş nota təqdim etməsinə baxmayaraq qarşı tərəfin yalnız qısa və natamam cavab verdiyini xatırladıb.


Xarici İşlər Naziri Elmar Məmmədyarov İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Məmmədyarov Azərbaycan vətəndaşları iki gənc şairin İranda saxlanılmasının ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdığını diqqətə çatdırıb və Azərbaycan Xarici İşlər Nazirliyinin İran tərəfinə beş nota təqdim etməsinə baxmayaraq qarşı tərəfin yalnız qısa və natamam cavab verdiyini xatırladıb.
Nazir beynəlxalq qanunvericiliyə, o cümlədən Vyana Konvensiyasına uyğun olaraq saxlanılan vətəndaşlarla Azərbaycan konsulunun görüşünün təşkil edilməsini tələb edib və İran tərəfinin məsələ ilə bağlı atacağı addımların iki qonşu dövlət arasında qarşılıqlı dostluq münasibətlərinin ruhuna uyğun olacağına ümidvar olduğunu bildirib.
XS
SM
MD
LG