Accessibility links

Mərkəzi Bank üçüncü devalvasiyanın olmayacağını bildirir, amma manat dəyərdən düşməkdədir


Valyutadəyişmə məntəqəsi (Foto Meydan.tv saytınındır)
Valyutadəyişmə məntəqəsi (Foto Meydan.tv saytınındır)

Azərbaycan Mərkəzi Bankı (AMB) son 12 ayda manatın üçüncü dəfə devalvasiyası barədə şayiələri təkzib etdiyi vaxtda milli valyuta son iki gündə dollara və avroya nisbətdə 15-20 qəpik dəyərdən düşüb.

Valyutadəyişmə məntəqəsi
Valyutadəyişmə məntəqəsi

"Manatın yeni devalvasiyasının olacağı barədə şayiələrin əsası yoxdur. Manatın dollara nisbətən məzənnəsi yeni məzənnə siyasəti - tələbat və təklif əsasında müəyyən edilir. Mərkəzi Bank valyuta satışını hərraclar vasitəsilə həyata keçirir", AMB-nin yaydığı bəyanatda deyilir.

"Bundan əlavə, bank sektorunun maliyyə davamlılığının gücləndirilməsi, o cümlədən əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır", sənəddə deyilir.

Lakin AMB-nin bəyanatlarına baxmayaraq, manatın dəyərdən düşməsi davam edir.

Əgər yanvarın 7-də Bakıda valyutadəyişmə məntəqələri və banklar dolları 1,66-1,68 manata, avronu isə 1,82 manata satırdılarsa günün sonunda xarici valyuta 5-7 qəpik bahalaşıb.

Yanvarın 8-də səhərdən dollar 1,82 manata satılır,1,78 manata alınır.

Avro demək olar ki, 2 manata satılır, 1,85 manata alınır.

Beləliklə, dekabrın 21-də baş vermiş ikinci devalvasiyadan sonra avro və dollar 19%-dən çox bahalaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG