Accessibility links

Mark Antoni aya 1milyon 250 min dollar qazanır


Mark Antoni bir aya 1milyon 250 min dollar qazanır. Allah bərəkət versin.

TMZ bu məlumatı onun keçmiş həyat yoldaşı Dayanara Torreslə uşağın himayədarlığına dair məhkəmə sənədlərinə istinadən verib.

Deyilənə görə, sabiq kainat gözəli alimentin aylıq məbləğini 13 mindən 113 min dollara artırmaq istəyir.

Mark cəmi 20 milyon 800 min dolları olduğunu və bunun 260 mininin nəğd pul olduğunu deyib. O, həm də digər evliliyindən olan uşağı üçün hər ay 18 min dollar aliment verdiyini deyib. Yəqin ki, Cennifer Lopezdən olan uşağını nəzərdə tutur.

Dayanaradan boşanarkən yoxsul olduğunu iddia edən Markın həmin həftə J-Loya dörd milyon dollarlıq nişan üzüyü alması Dayanaranı özündən çıxarıb.
XS
SM
MD
LG