Accessibility links

Marla Kuper Amerika tarixində üstü açılmayan yeganə təyyarə oğurluğunun 40 il əvvəl əmisi tərəfindən həyata keçirildiyini deyir


Marla Kuper Amerika tarixində üstü açılmayan yeganə təyyarə oğurluğunun 40 il əvvəl əmisi tərəfindən həyata keçirildiyini deyir
Marla Kuper Amerika tarixində üstü açılmayan yeganə təyyarə oğurluğunun 40 il əvvəl əmisi tərəfindən həyata keçirildiyini deyir

Birləşmiş Ştatlarda Marla Kuper adlı bir qadın əmisinin 40 il əvvəl təyyarə qaçırdığını və 200 000 dollarla aradan çıxmağa nail olduğunu iddia edir. Bu, Amerika tarixində üstü açılmamış yeganə təyyarə oğurluğudur.

Marla Kuper ABC xəbər televiziya şəbəkəsinə deyib ki, 1971-ci ildə təyyarə oğurluğunu əmisi Lin Doyl Kuper həyata keçirib. Onun 1999-cu ildə həlak olduğu ehtimal edilir.

Şimal-şərqi Oregon və Vaşınqton ştatları üzərindən uçarkən baş vermiş müəmmalı təyyarə oğurluğu 40 il amerikalıların təəccübünə səbəb olub.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı yüzlərlə mümkün yolları araşdırmış, lakın təyyarənin kim tərəfindən oğurlandığını müəyyən edə bilməmişlər.

Birləşmiş Ştatlarda müəmmalı təyyarə oğrusu D.B. Kuper kimi tanındı. Təyyarə Oreqan ştatının Portlənd şəhərindən havaya qalxdıqdan sonra Kuper üzərində partlayıcı maddə olduğunu bildirib və təyyarənin Vaşınqtonun Siatl şəhərinə uçmasını tələb edib. Siatpılda o, sərnişinləri təyyarədən endirmə müqabilində paraşüt və pul tələb edib. Daha sonra o, Meksikaya istiqamət alan təyyarənin arxa çıxışından paraşütla Sakit okeanının şimal-qərbindəki sıx meşəyə enib və bundan sonra yoxa çıxıb.

Lakin Marla Kuper televiziya müsahibəsində əmisinin üzü-gözü qan içində Şükran bayramında gördüyünü deyib. O, avtomobil qəzasına düşdüyünü bildirib. Lakin Marla əmisinin `biz bu işin öhdəsindən gəldik, biz təyyarəni qaçırdıq` sözlərini deməsini xatırlayır. Maria ondan sonra heç zaman əmisini görmədiyini deyir.

Marla ABŞ Federal Təhqiqat Bürosuna əmisinə məxsus əşyaları və onun şəkillərini verdiyini deyir. Federal Təhqiqat Bürosu məsələ ilə bağlı yeni istintaqa başlayıb.

XS
SM
MD
LG