Accessibility links

Hər il dünyada doğuş zamanı yüz minlərlə qadın ölür


Açıqlanan son hesabatda hamiləlik dovründə və doğuş zamanı ölən anaların sayının 1990-cı illə müqayisədə yarıya endiyi deyilir. Lakin Dünya Səhiyyə Təşkilatı inkişaf etməkdə olan bəzi ölkələrin 2015-ci ildəki Minilliyin İnkişaf Proqramına əsasən ana ölümlərinın azaldılmasına nail olmayacağını deyir.
BMT-nin yeni açıqlamasında deyilir ki, 1990-cı illə müqayisədə bu gün ana ölümləri 45 faiz azalıb. Keçən il hamiləlik problemlərindən ölən qadınların sayı 289 min olubsa, 1990-cı ildə bu rəqəm 523 min idi.

Dünya Səhiyyə Təşkilatı son 24 ildə ana ölümlərinin səbəblərinin dəyişdiyini bildirir. Təşkilat 1990-cı ildə qadınların qanaxma, infeksiya və ya yüksək qan təzyiqi səbəbindən ölürdüklərini deyirdisə, hazırda buna başlıca səbəbin malyariya, şəkər xəstəliyi, QİCS kimi xəstəliklər olduğunu bildirir.

Təşkilatın Reproduktiv Sağlamlıq və Araşdırmalar Mərkəzinin direktoru Marlen Temmerman araşdırmalarda iştirak edənlərdən biridir. O, qeyri-yoluxucu xəstəliklərin dünya boyu artdığını deyir. Marlen Timmerman köklüyün və şəkər xəstəliyinin hamiləliyə hədə olduğunu deyir. O, Səhraaltı Afrika ölkələrində hələ də hamiləlik və doğum zamanı ölüm riskinin yüksək olduğunu bildirir. “Avropa və Qərb dünyasında hər 3500 qadından biri hamiləlik zamanı ölürsə, Afrikada bu, 40 qadından birində baş verir.”

​Dünya Səhiyyə Təşkilatı ana ölümləırinin qarşısının alınması yolunda böyük tərəqqi əldə olunduğunu deyir. Lakin təşkilat onu da əlavə edir ki, son 20 ildə hamiləlik, abort, infelksiya və QİCS səbəbindən ölən qadınların sayının həddən artıq çox olması bunun kifayət etmədiyini göstərir.

Araşdırmanın nəticələri bütün baş verənlərin səbəbi kimi əsasən də kasıb ölkələr olmaqla, çox yerdə cinsi əlaqələrlə bağlı tədrisin olmamasını göstərib. Araşdırmada eləcə də, dünya boyu hər il 15 yaşlarından 19 yaşlarınadək 15 milyon qızın dünyaya uşaq gətirdiyi və bu hamiləliklərin çoxunun qızın razılığı olmadan baş verdiyi deyilir.



Hesabatda deyilir ki, Hindistan, Nigeriya, Konqo Demokratik Respublikası, Efiopiya, İndoneziya, Pakistan, Tanzaniya, Keniya, Çin və Uqandada baş verən ölüm halları dünya boyu ana ölümlərininin 60 faizini təşkil edir. Lakin Somali və Çad da daxil edilməklə, 11 ölkədə ana ölumləri riskinin 75 faizə çatdığı deyilir.

Dünya Səhiyyə Təşkilatının dediyinə görə, qadın və körpələrin ölüm hallarının qarşısını almaq üçün səhiyyə işçilərinin təlimləndirilməsi və səhiyyə obyektlərinin inkişafı böyük əhəmiyyət kəsb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG